[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda “işıq pulu”nu necə yarıya endirmək olar?  

Bilirdinizmi, bəzi əyalətlərdə, həmçinin Ontarioda elektrik enerjisi (işıq pulu) üçün ödənişiniz işlətdiyiniz günə və saata görə dəyişir? Elektrik enerjisinin istifadə vaxtına görə qiymətləndirilməsi (Time-of-Use (TOU)) sistemi ilə səhər, günorta və axşam saatlarında “işıq pulu” fərqli hesablanır.

Elektrik enerjisinin zamana görə istifadəsi (TOU) tarifləri nədir?

TOU tarifləri günün saatına və mövsümə görə dəyişən qiymətlərdir. Bu sistem üç hissədən ibarətdir:

  • Pik saatlar (on-peak) – yayda 11:00-17:00 arası, qışda 07:00–11:00 və 17:00–19:00.
  • Ən ucuz saatlar (off-peak) – Həftəiçi 19:00-dan 7:00-a kimi və bütün həftəsonları və bayram günləri.
  • Orta saatlar (mid-peak) – yerdə qalan saatlar

Noyabrın 1-dən aprelin 30-a qədər qış, mayın 1-dən oktyabrın 31-nə qədər isə yay vaxtı sayılır.

Saata görə qiymətlər

Hazırda Ontarioda TOU qiymətləri zamana görə aşağıdakı kimidir:

Ən ucuz saatlarda: 9.8 sent/kWh

Orta saatlarda: 15.7 sent/kWh

Pik saatlarda: 20.3 sent/kWh

Göründüyü kimi, ən ucuz və ən bahalı saatlar arasında fərq iki dəfdən də çoxdur.

Əlavə xərclər də var:

Qeyd edək ki, bunun üzərinə elektrik enerjisinin çatdırılma haqqı, tənzimləyici ödənişlər, vergilər və s. də əlavə edilir.

Ontarioda TOU artıq məcburi deyil

Ontarioda istifadə vaxtına görə qiymətləndirmə (TOU) bu ilin mayın 1-dən etibarən artıq məcburi deyil. Yaşayış və kiçik biznes istehlakçıları elektrik enerjisi qiymətləndirmə planları arasında seçim edə bilərlər:

  1. İstifadə vaxtına görə qiymətləndirmə (TOU): Saatdan asılı olaraq qiymət dəyişir (yüksək, orta, aşağı).
  2. Səviyyəli (Tired): İstifadə miqdarından asılıdır (müəyyən limitə qədər aşağı qiymət, limitdən çox isə daha yüksək).
  3. Gecə saatlarında çox ucuz (Ultra-Low Overnight (ULO)): Gecə saatlarında çox ucuz, digər vaxtlar çox bahalı tarif.

Qeyd edək ki, yuxarıdakı son 2 tətbiq üçün müraciət etmək lazımdır. Əks halda, avtomatik olaraq vaxta görə qiymətləndirmə (TOU) tarifi tətbiq olunacaq.

Kanada üzrə “işıq pulu” necə fərqlənir?

TOU sistemi bütün əyalətlərdə eyni deyil. Bəzilərində məcburi, bəzilərində isə könüllü tətbiq olunur. Ontarioda TOU tarifləri könüllü tətbiq olunur.

Əyalətlər arasında qiymət fərqi kifayət qədər böyükdür. Daha ucuz əyalətlər Kvebek, Britaniya Kolumbiyasıdır. Ontarioda ödəniş orta səviyyədədir. Yeni Şotlandiya, Nyufaundlənd və Labradorda isə sakinlər digər əyalətlərlə müqayisədə ən yüksək enerji haqqı ödəyir.

Britaniya Kolumbiyasında könüllü TOU proqramı var. Pik saatlarda (16:00–21:00) “işıq pulu”nun üzərinə hər kWh üçün əlavə 5 sent gəlir. Gecə istifadəsinə (23:00–07:00) endirim tətbiq olunur

Albertada TOU hələ geniş yayılmayıb. Bəzi şirkətlər (məsələn, EPCOR, ATCO) pilot proqramlarını  test edir. Bazarda rəqabət olduğu üçün hazırda istifadəçilər daha sərfəli tarif seçə bilirlər.

Kvebekdə bu ilin dekabrından TOU seçimi təqdim olunacaq. Amma Ontariodan fərqli olaraq, qoşulmaq üçün xüsusi sayğac və müraciət tələb olunur.

Atlantik əyalətlərində (məsələn, Yeni Şotlandiya) TOU geniş yayılmayıb, amma bəzi pilot proqramlar var.

Nyufaundlənd və Labrador isə əsasən standart tariflərdən istifadə edir, lakin pik və qeyri-pik saatlara görə fərqlər tətbiq olunur.

Niyə TOU sistemi tətbiq edilir?

Bu sistemi tətbiq etməkdə məqsəd yüksək tələbat vaxtlarında elektrik şəbəkəsinə düşən yükü azaltmaqdır. İnsanları daha az yüklənən saatlarda istifadə etməyə təşviq etməklə enerji sistemi daha stabil işləyir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp