[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada siyahıyaalma anketini doldurmadığınıza görə həbs edilə bilərsinizmi?

Kanada hökuməti 2026-cı il Əhali Siyahıyaalması və 2026-cı il Kənd Təsərrüfatı Siyahıyaalması üçün məlumat toplanmasına başlandığını elan edib. Siyahıyaalma ilə bağlı “National Post”un hazırladığı yazını təqdim edirik.

Kanadada siyahıyaalma, dünyanın müxtəlif yerlərində min illərdir aparılan sayımlar kimi, əhali haqqında məlumatların toplanması prosesidir və siyasi təmsilçilik, infrastruktur ehtiyacları kimi məsələlərin müəyyənləşdirilməsində istifadə olunur.

Siyahıyaalma ənənəvi olaraq may ayının əvvəlində keçirilir. Bunun səbəbi əksər kanadalıların yay tətilindən əvvəl evdə olması və onlara çatmağın daha asan başa gəlməsidir. Sorğular evlərə göndərilir və onlayn doldurmaq üçün məlumat, həmçinin yardım üçün pulsuz telefon nömrəsi təqdim olunur.

Siyahıyaalmanı doldurmamağın cəzası nədir?

Formanın üzərində açıq şəkildə yazılıb ki, onun doldurulması “qanunla tələb olunur”. 2016-cı ildən etibarən qanunda artıq həbs cəzası nəzərdə tutulmasa da:

  • yalan məlumat verməyə görə 500 dollara qədər,
  • tamamilə imtina etməyə görə isə 1,000 dollara qədər cərimə və cinayət qeydi tətbiq oluna bilər.

Belə hallar nadirən baş verir. Siyahıyaalmanı idarə edən Kanada Statistika Komitəsi bildirib ki, həm 2016, həm də 2021-ci illərdə cavablandırma səviyyəsi 98 faizdən yüksək olub.

79 yaşlı bir qadın 2011-ci il siyahıyaalmasını doldurmaqdan imtina etdiyinə görə 2014-cü ildə Statistika Aktını pozmaqda təqsirli bilinmişdi. Lakin ona şərti azadlıq verilmiş və 50 saat ictimai iş gördükdən sonra daimi cinayət qeydi tətbiq edilməmişdi.

Məlumatların məxfiliyini qorumaq üçün hökumət ciddi tədbirlər görür. İşçilər kredit yoxlanışı və RCMP tərəfindən cinayət qeydiyyatı yoxlamasından keçir, daha sonra isə ömürlük məxfilik andı içirlər.

Məlumatlar 92 ildən sonra məxfi sayılmır

Bununla belə, siyahıyaalma məlumatları 92 ildən sonra Kanada Kitabxanası və Arxivinə  təqdim olunur və artıq məxfi sayılmır. Yəni sizin 2026-cı il məlumatlarınız 2118-ci ildə ictimaiyyət üçün açıq olacaq.

Qısa forma Kanada ev təsərrüfatlarının 75%-nə göndərilir və yaş, cins, dil və evdə neçə nəfərin yaşadığı kimi 20 əsas sualı əhatə edir. Qalan 25% isə daha geniş forma alır. Burada sosial və iqtisadi vəziyyət, təhsil, iş növü və yaşayış şəraiti ilə bağlı əlavə suallar olur. Kənd Təsərrüfatı Siyahıyaalması isə Kanadadakı bütün fermer təsərrüfatları üçün eyni sorğudan istifadə edir.

Şimal bölgələrində siyahıyaalma fevralda başlayıb

2026-cı ilin fevral və mart aylarında bəzi şimal və uzaq icmalarda məlumat toplama işi aparılıb. Bunun səbəbi qışda yollar donduğu üçün həmin bölgələrə çatmağın daha asan olması və yazda köç edən əhalinin düzgün sayılmasıdır.

Niyə iki fərqli siyahıyaalma var?

Əhali Siyahıyaalması ölkədəki bütün ev təsərrüfatları haqqında demoqrafik məlumat toplayır. Kənd Təsərrüfatı Siyahıyaalması isə Kanadadakı bütün kənd təsərrüfatı fəaliyyətləri barədə məlumat əldə edir.

Kanada Statistika Komitəsi bildirir ki, bu iki siyahıyaalma birlikdə Kanadanın əhalisi və kənd təsərrüfatı sektoru haqqında tam mənzərə yaradır və ailələrə, icmalara və bizneslərə təsir edən qərarların qəbulunda mühüm rol oynayır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar