[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Amerikaya qanunsuz miqrant keçirən Kanada vətəndaşlarını 10 il həbs gözləyir

Vankuverdən olan iki nəfər ABŞ-da insan qaçaqmalçılığı ilə bağlı federal ittihamlarla üzləşib. Onlar vyetnamlı miqrantların Kanadadan ABŞ-a qanunsuz keçməsinə kömək etməkdə şübhəli bilinirlər.

Vankuverdə yaşayan 28 yaşlı Van Fuonq Vu və Burnabidən olan 36 yaşlı Coni Huynh ötən həftə səkkiz vyetnamlı vətəndaşın ABŞ-a qanunsuz daxil olmasından sonra Vaşinqton ştatının Bellinqham şəhəri yaxınlığında saxlanılıblar.

ABŞ prokurorluğunun məlumatına görə, həmin şəxslər ABŞ-ın Tsavassen yarımadasının cənubunda yerləşən Point Roberts bölgəsindən Bellingham hava limanı yaxınlığına uçduqdan sonra tutulublar.

Məhkəmə sənədlərinə əsasən, sərhəd əməkdaşları mayın 5-i səhər saatlarında bir qrup insanın çimərlik boyunca piyada şəkildə Point Roberts ərazisinə keçdiyi barədə məlumat alıblar.

Məlumata görə, vyetnamlı miqrantlardan bəziləri ABŞ-a keçirilmələri üçün 13-15 min ABŞ dolları ödəməyə razı olduqlarını deyiblər. Onların son təyinat məntəqələri arasında Nyu-York və Tennessi ştatları da olub.

Rəsmilərin sözlərinə görə, qaçaqmalçılıq planı sosial media vasitəsilə təşkil olunub və ödənişlərin miqrantlar təyinat yerinə çatdıqdan sonra edilməsi planlaşdırılıb.

V.Vu və C.Huynh “maliyyə qazancı məqsədilə miqrantların daşınması üçün sui-qəsd” maddəsi ilə ittiham olunurlar. Təqsirli bilinəcəkləri halda onları 10 ilə qədər həbs və 250 min ABŞ dollarınadək cərimə gözləyir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp