[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Tim Hortons Kanadada 80 yeni kafe açacaq

ABŞ-ın məşhur qəhvə şəbəkəsi Dunkin’ Kanadaya geri dönməyə hazırlaşdığı bir vaxtda, Tim Hortons ölkə üzrə genişlənmə planlarını açıqlayıb.

Şirkətin yaydığı məlumata görə, bu il Kanadada 80 yeni Tim Hortons kafesiaçılacaq, eyni zamanda 400 kafe yenilənəcək. Layihəyə ölkədə fəaliyyət göstərən 340 kafe sahibi 270 milyon dollar sərmayə yatırır, şirkət isə əlavə 130 milyon dollar maliyyə ayırır.

Hazırda Kanadada təxminən 1500 françayz sahibi 4000 Tim Hortons restoranını idarə edir.

Tim Hortonsun prezidenti Aksel Şvanan bildirib ki, şirkət Kanadaya investisiya yatırmaqdan qürur duyur: “Tim Hortons Kanadada kanadalılar tərəfindən qurulub və biz qonaqlarımız üçün daha müasir və rahat restoranlar yaratmağa davam edirik”.

Yenilənən kafelərdə daha yaxşı işıqlandırma və müasir dizayn olacaq. Şirkət bildirir ki, bu dəyişikliklər həm müştərilər üçün daha komfortlu mühit yaradacaq, həm də işçilərin sifarişləri daha sürətli və dəqiq hazırlamasına kömək edəcək.

Bundan əlavə, kafelərdə mətbəx avadanlıqları yenilənəcək, mobil sifariş və rəqəmsal xidmətlər daha rahat hala gətiriləcək.

Yeni kafelərin və yenilənmə işlərinin böyük hissəsi Ontarioda həyata keçiriləcək. Əyalətdə 26 yeni kafe açılacaq, 188 kafe isə təmir olunacaq.

Məlumata görə, ABŞ-ın məşhur qəhvə şəbəkəsi Dunkin’ bu ilin sonu və ya gələn ilin əvvəlindən başlayaraq ölkə üzrə yüzlərlə məkan açmağı planlaşdırır.

Qeyd edək ki, Tim Hortons hazırda Mayamidə yerləşən Restaurant Brands International şirkətinə məxsus olsa da, baş ofisi Torontoda yerləşir və ilk kafeni 1964-cü ildə Ontario ştatının Hamilton şəhərində açılıb.

Foto: Toronto Sun

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp