[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Toronto və Hamiltonda kirayə qiymətləri düşür, boş mənzillərin sayı isə artır

Böyük Toronto və Hamilton Ərazisində (GTHA) kirayə bazarında son 5 ildə boş mənzillərin sayının ən çox olduğu dövr sayılır. Bu isə şəhər üzrə kirayə qiymətlərinin azalmasına səbəb olur və ev sahiblərini kirayəçiləri cəlb etmək üçün daha yaradıcı üsullara əl atmağa vadar edir.

Urbanation şirkətinin ilin ilk rübü üzrə açıqladığı son məlumata görə, “böyük təklif axını” və əhali artımının yavaşlaması nəticəsində kirayə binalarında boşluq səviyyəsi 5.4 faizə çatıb. Bu göstərici pandemiya dövründə – 2021-ci ilin əvvəlində qeydə alınan 6 faizdən sonra ən yüksək səviyyədir.

Hesabata əsasən, həm boş mənzilləri, həm də kirayəçilərin çıxacağını bildirdiyi mənzillərin sayı rekord həddə – 8 faizə yüksəlib. Şəhər üzrə kirayə qiymətləri də son 4 ilin ən aşağı səviyyəsinə düşüb və ötən illə müqayisədə 3.8 faiz azalıb.

Pulsuz kirayə ayları və nağd bonuslar kimi güzəştlər nəzərə alındıqdan sonra kirayəçilərin ödədiyi orta aylıq məbləğ bütün mənzil növləri üzrə 2,525 dollara enib. Bu təşviqlər kirayə qiymətlərini orta hesabla 13 faiz və ya təxminən 379 dollar azaldıb.

Yeni kirayəçiləri cəlb etmək üçün tikilən yeni kirayə layihələrinin 66 faizi artıq əlavə təşviqlər təklif edir. Ən geniş yayılmış təklif isə layihələrin 47 faizində tətbiq olunan “2 aylıq pulsuz kirayə” kampaniyasıdır.

Urbanation şirkətinin prezidenti Şon Hildebrand bildirib ki, kirayə bazarı hazırda kondominium bazarındakı güclü rəqabət və daha sərfəli təklif axtaran kirayəçilərin hərəkəti səbəbindən böyük təklif axını ilə qarşı-qarşıyadır. Onun sözlərinə görə, bu il də mənzil təklifi yüksək olaraq qalacaq, əhali artımı isə yavaşlayacaq. Bu isə kirayəçilər üçün daha əlverişli qiymətlərdən yararlanmaq imkanı yaradır.

Boş mənzillərin sayının artmasına və kirayə qiymətlərinin yumşalmasına baxmayaraq, bölgədə tikinti sürəti azalmayıb. 2026-cı ilin ilk rübündə xüsusi olaraq kirayə üçün tikilən binaların sayı 12 faiz artıb.

Bu vəziyyət yeni kondominium bazarından fərqlənir. Belə ki, 2026-cı ilin ilk rübündə onilliklər ərzində ilk dəfə olaraq heç bir yeni kondominium layihəsi satışa çıxarılmayıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar