Uzun və soyuq qışdan sonra kanadalıları bu yay adətən olduğundan daha isti hava gözləyir. Bununla belə, yağıntıların miqdarı ilə bağlı proqnozlar hələ də qeyri-müəyyən olaraq qalır.
Kanadanın Ətraf Mühit və İqlim Dəyişiklikləri Nazirliyi yay mövsümü üçün hava proqnozunu açıqlayıb. Proqnozda bu yay gözlənilən temperatur göstəriciləri 1991–2020-ci illərin orta göstəriciləri ilə müqayisə olunub.
Ölkənin müxtəlif bölgələrini qırmızı rəng çalarları ilə göstərən xəritə Kanadanın əksər hissəsində bu yay temperaturun normadan yüksək olacağını göstərir.
Ən güclü istilik siqnalları aşağıdakı bölgələrdə müşahidə olunur
- Britaniya Kolumbiyası
- Yukon
- Şimal ərazilərinin materik hissələri
- Preriyaların şimal bölgələri
- Atlantik Kanada
Meteoroloqlar temperatur proqnozlarına kifayət qədər əmin olduqlarını bildirsələr də, uzunmüddətli yağıntı proqnozları üçün istifadə olunan məlumatların daha zəif olduğunu qeyd ediblər.
İstidən yaranan xəstəliklərin əlamətləri
Ətraf Mühit və İqlim Dəyişiklikləri Nazirliyinin meteoroloqu Cenifer Smiz bildirib ki, ümumilikdə ölkənin böyük hissəsində daha quraq şərait gözlənilir. Yalnız Şimali Labrador, Şimali Kvebek və Arktikanın yüksək enliklərində normadan bir qədər çox yağıntı ehtimalı var.İstidən yaranan xəstəliklərin əlamətləriYay istilərinə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyi sakinlərə sağlamlıqlarını qorumaq üçün ehtiyatlı olmağı tövsiyə edir. Səhiyyə Nazirliyinin İstiliklə Mübarizə Bölməsinin rəhbəri Greqori Riçardson bildirib ki, isti hava hər kəsə təsir edə bilər, lakin xroniki xəstəlikləri olan insanlar üçün risk daha yüksəkdir.
Səhiyyə Nazirliyi aşağıdakı simptomlara diqqət yetirməyi tövsiyə edir:
- Başgicəllənmə
- Huşunu itirmə
- Ürəkbulanma
- Baş ağrısı
- Sürətli nəfəsalma və ya ürək döyüntüsü
- Həddindən artıq susuzluq
Bu əlamətlər müşahidə olunarsa, dərhal sərin yerə keçmək və bol maye, xüsusilə su içmək tövsiyə olunur. Xüsusilə vurğulanır ki, yay aylarında uşaqları və ev heyvanlarını heç vaxt park edilmiş avtomobildə tək qoymaq olmaz.
Foto: Canva