[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Səyahət zamanı etdiyiniz bu səhv evinizi oğrular üçün hədəfə çevirə bilər

seyahet kanada

Texnologiya analitiki Karmi Levi deyir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bir çoxları hələ də tətil zamanı fotolarını sosial şəbəkələrdə paylaşır. Sığorta şirkətləri isə bunu etməməyi və tətilə gedərkən insanların fotolarını sosial mediada paylaşmaq üçün evə qayıdana qədər gözləməyinin daha təhlükəsiz olduğunu düşünürlər. Mütəxəssislərin sözlərinə görə, oğrular artıq süni intellektdən istifadə edərək hansı evlərin boş olduğunu müəyyənləşdirirlər.

“CTV News Montreal”a müsahibəsində texnologiya analitiki Karmi Levi bildirib ki, oğrular süni intellekt vasitəsilə sosial şəbəkələrdəki paylaşımları analiz edir və hansı evlərin müəyyən müddət ərzində boş qalacağını müəyyən edərək oğurluq üçün hədəf seçirlər: “Əvvəllər bu, adi bir paylaşım hesab olunurdu və heç kim bunun üzərində düşünmürdü. İndi isə bu məlumatlar digər informasiya mənbələri ilə birləşdirilir və sözün əsl mənasında oğurluq üçün hədəf siyahısı hazırlanır”.

Onun sözlərinə görə, oğrular sosial şəbəkələrdən əldə etdikləri məlumatları digər məlumat bazaları ilə birləşdirərək həmin evlər haqqında təhlillər aparırlar: “Bu gün sosial mediada paylaşım etdiyinizə görə evinizin belə siyahılara düşmə ehtimalı əvvəlkindən xeyli yüksəkdir. Bu risk isə hər il daha da artır”.

Sığorta şirkətləri pul verməkdən imtina edə bilər

“Allstate” Sığorta şirkətinin 2025-ci ildə keçirdiyi sorğuya əsasən, kanadalı respondentlərin 32 faizi səyahətdən əvvəl və ya səyahət zamanı sosial şəbəkələrdə aktiv olduqlarını bildirib. 18–34 yaş arası respondentlərdə isə bu göstərici 51 faizə yüksəlir. Araşdırma həmçinin göstərib ki, respondentlərin 15 faizi evlərinin təhlükəsizliyindən daha çox sosial mediada paylaşım etməyə üstünlük verir: “Biz hələ də bu xəbərdarlığın ciddiliyini dərk etmirik. Başa düşməliyik ki, evdə olmadığımız vaxt bu cür paylaşımlar evimizi təhlükə altına qoya bilər”.

O əlavə edib ki, bu cür paylaşımlar evə oğurluq məqsədilə daxil olunduğu halda sığorta şirkətlərinin ödənişdən imtina etməsi üçün əlavə əsas yarada bilər: “Sosial mediada paylaşım etdiyiniz zaman bunun rəqəmsal izi qalır və sığorta şirkətləri təzminat müraciətinizə baxarkən həmin məlumatlardan sizin əleyhinizə istifadə edə bilərlər. Bəzi sığorta şirkətləri artıq sosial şəbəkələrdən topladıqları məlumatlara əsaslanaraq ev sahiblərinin sığorta iddialarını rədd edirlər: “İnternetdə tam məxfilik anlayışı yoxdur. Sığorta şirkətləri də bunu çox yaxşı bilirlər”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar