[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada deportasiyalar artır: ilk yerdə hansı ölkə vətəndaşlarıdır?

2026-cı il üzrə ümumilikdə 10 min 607 nəfər Kanadadan deportasiya edilib. Kanada Sərhəd Xidmətləri Agentliyni (CBSA) 2026-cı ilin ilk 6 ayı üzrə məlumatları açıqlayıb. Məlumata görə, ölkədən deportasiya edilən şəxslər arasında Hindistan vətəndaşları birinci yerdədir.

Deportasiya edilənlərin ölkələr üzrə vətəndaşlıq bölgüsü belədir:

  1. Hindistan – 3 323 nəfər
  2. Meksika – 1 573 nəfər
  3. Haiti – 431 nəfər
  4. ABŞ – 372 nəfər
  5. Kolumbiya – 354 nəfər
  6. Rumıniya – 293 nəfər
  7. Banqladeş – 227 nəfər
  8. Pakistan – 207 nəfər
  9. Nigeriya – 205 nəfər
  10. Çili – 190 nəfər

Digər ölkələrin vətəndaşlarından isə ümumilikdə 3 432 nəfər deportasiya olunub.

Beləliklə, 3 323 deportasiya ilə Hindistan vətəndaşları siyahıda açıq fərqlə birinci yerdədir. Rəsmi məlumatlara görə, bu göstərici son altı ilin rekordunu geridə qoymağa doğru gedir.

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) məlumatına əsasən, bu ilin ilk yarısında Kanadadan çıxarılan Hindistan vətəndaşlarının sayı 2025-ci il ərzində deportasiya edilən 3 min 779 nəfərin təxminən 88 faizinə çatıb. Qeyd edək ki, 2025-ci ildəki göstərici də rekord həddə idi.

Bu məlumat Kanada hökumətinin immiqrasiya sistemini sərtləşdirdiyi, o cümlədən beynəlxalq tələbələr və müvəqqəti xarici işçilər də daxil olmaqla, müvəqqəti sakinlərin sayını azaltdığı bir dövrdə açıqlanıb.

Kanada Hindistan vətəndaşlarını əsasən immiqrasiya qaydalarına əməl etmədiklərinə, sığınacaq və ya qaçqınlıq müraciətlərinin rədd edilməsinə, vizanın müddətinin bitməsinə baxmayaraq ölkədə qalmalarına və viza fırıldaqçılığı hallarına görə deportasiya edir.

Qeyd edək ki, Kanadanın 2026-cı ildə deportasiya etdiyi Hindistan vətəndaşlarının sayı ABŞ-ın bu il Hindistana deportasiya etdiyi şəxslərin sayından 2,5 dəfədən çoxdur.

Ən çox deportasiyalar hansı əyalətlərdə gerçəkləşdirilir?

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) 30 iyun 2026-cı ilədək olan məlumatlarına görə, ölkədən çıxarılması ilə bağlı müxtəlif mərhələlərdə olan şəxslərin ümumi sayı 572 min 203 nəfər təşkil edib. Deportasiya olunması üçün 33 min 847 nəfər axtarışdadır, 40 827 nəfərin ölkədən çıxarılması prosesi isə davam edir.

Əyalətlərə gəlincə, deportasiya olunması gözlənilən ən çox immiqrant Kvebekdədir – 217  min 891 nəfər, ikinci yerdə isə Böyük Toronto Ərazisi gəlir – 106 055 nəfər olub.

İmmiqrantların ölkədən çıxarılma səbəbləri

İmmiqrantların ölkədən çıxarılmasına səbəb olan əsas 4 amil aşağıdakılardır:

36 min 622 nəfər – immiqrasiya qaydalarına əməl etmədən qaçqınlığa müraciət edənlər;

1 591 nəfər – immiqrasiya qaydalarına əməl etməyən, lakin qaçqınlıq iddiası irəli sürməyən şəxslər;

1 576 nəfər – cinayət törətmə ilə bağlı səbəblər;

422 nəfər – yanlış və ya saxta məlumat təqdim etmə.

Ölkədən çıxarılma prosesi davam edən şəxslərin ümumi sayı 40 min 827 nəfərdir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar