Məşhur amerikalı müğənni Keyti Perri Bakını heyranlıqla tərk etdi

Kanadanın 10 il baş naziri olmuş Castin Trüdonun sevgilisi, dünyaca məşhur amerikalı müğənni Keyti Perri “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi – 2026”nin 10 illik yubileyi çərçivəsində Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Keyti Perri Baku Crystal Hall səhnəsinə çıxışı zamanı Azərbaycan bayrağını da səhnəyə gətirib və Bakı ilə bağlı xoş sözlər səsləndirib. Konsertdən sonra isə sosial media hesabında Bakıya həsr etdiyi paylaşımda “Love you, Baku” – “Səni sevirəm, Bakı” yazıb. Paylaşımında konsertdən, Bakıdan və səfərindən görüntüləri izləyiciləri ilə bölüşüb.

Müğənninin Bakı səfərinin maraqlı məqamlarından biri də onun Formula 1 yarışlarının keçirildiyi Bakı Şəhər Halqası ilə avtomobildə hərəkət etməsi olub. O, öz komandası ilə birlikdə yarış trasından keçərək Bakının Formula 1 atmosferini yaxından yaşayıb.

Konsert zamanı isə daha bir romantik an yaşanıb. Tamaşaçılardan biri sevgilisinə səhnə qarşısında evlilik təklifi edib və onun barmağına üzük taxıb. Keyti Perri cütlüyü səhnədən təbrik edib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar