Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən Azərbaycan dili sinfində 27 Sentyabr – Anım Günü ilə əlaqədar xüsusi dərs təşkil olunub.
Dərs zamanı Ana dili sinfinin müəllimi Aygun İsmayılova şagirdlərə 44 günlük Vətən müharibəsi, Qarabağın tarixi və Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə haqqında məlumat verib. Uşaqlara Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi və Anım Gününün əhəmiyyəti barədə danışılıb.
Dərsin əsas məqsədi şagirdlərə milli tariximizi, vətənpərvərlik ruhunu və şəhidlərimizin əziz xatirəsinə hörmət hissini aşılamaq olub.