Toronto Universitetində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin adına xüsusi səki daşı quraşdırılıb

Toronto Universitetində “Indigenous Healing Garden”in təntənəli açılış mərasimi keçirilib. Bu barədə “CanAzerbaijan”a açıqlamasında Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre (AWSC)) İdarə Heyətinin üzvü Minirə Babayeva məlumat verib. Onun sözlərinə görə, tədbirdə iştirak edən nümayəndələr bu xüsusi məkanın sadəcə düşüncə və öyrənmə mərkəzi olmadığını, eyni zamanda həqiqət və barışıq prosesinə töhfə verdiyini, yerli xalqların zəngin ənənələri və torpağa qayğı prinsipləri barədə məlumatlılığı artırdığını vurğulayıblar: “Ekoloji dayanıqlılıq prinsipləri əsasında salınmış və ictimaiyyət üçün açıq olan bağda yerli xalqlar tərəfindən müqəddəs sayılan dərman bitkiləri, müxtəlif tərəvəzlər və çöl çiçəkləri yetişdirilir. Tədbirdə qeyd olundu ki, yerli xalqların irsini, ənənəvi biliklərini və təbiətə qayğı mədəniyyətini yaşadan belə təşəbbüslərin dəstəklənməsi gələcək nəsillər üçün ən qiymətli mirasdır”.

M.Babayevanın sözlərinə görə, 2024-cü ildə AWSC olaraq bu mühüm layihəyə dəstək vermək onlar üçün böyük şərəf olub: “Bu tərəfdaşlığın əyani simvolu kimi, hazırda bağın yaxınlığında – Old Vic və Emmanuel Kolleci arasında yerləşən piyada yolunda AWSC-nin adının həkk olunduğu xüsusi səki daşı quraşdırılıb”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar