Kanadanın Fövqəladə xəbərdarlıq sistemi noyabrın 18-də sınaqdan keçiriləcək

Noyabrın 18-də Kanadada milyonlarla insanın mobil telefonundan, televizorundan və radiosundan xəbərdarlıq səsi eşidiləcək. “Global News”un yazdığına görə, ölkənin milli fövqəladə xəbərdarlıq sistemi bu ilin ikinci sınağını keçirəcək.
Xəbərdarlıq siqnalı noyabrın 18-də bütün əyalət və ərazilərdə yayımlanacaq. Sınaq televiziya, radio və LTE və ya 5G şəbəkəsinə qoşulmuş mobil cihazlar vasitəsilə həyata keçiriləcək.
Çərşənbə günü keçiriləcək sınağın məqsədi sistemin işlək vəziyyətdə olduğunu yoxlamaq və əhalinin fövqəladə xəbərdarlıqlar barədə məlumatlılığını artırmaqdır. Sınaq zamanı xüsusi xəbərdarlıq səsi və onu müşayiət edən mətn mesajı yayımlanacaq.

Sınaq Kanadanın bütün əyalət və ərazilərində yerli vaxtla aşağıdakı saatlarda keçiriləcək:

Britaniya Kolumbiyası – saat 13:55
Alberta – saat 13:55
Saskaçevan – saat 13:55
Manitoba – saat 13:55
Ontario – saat 12:55
Kvebek – saat 13:55
Nyu-Brunsvik – saat 10:55
Yeni Şotlandiya – saat 13:55
Şahzadə Eduard adası – saat 12:55
Nyufaundlend və Labrador – saat 09:55
Şimal-Qərb Əraziləri – saat 13:55
Yukon – saat 13:55
Nunavut – saat 13:55
Fövqəladə xəbərdarlıq sistemi hökumətlər tərəfindən tornado, daşqın, meşə yanğınları və itkin düşmüş uşaqlarla bağlı “Amber Alert” (itkin düşmüş uşağın tapılması üçün yayımlanan təcili xəbərdarlıq sistemi) xəbərdarlıqları kimi təhlükələr barədə əhalini məlumatlandırmaq üçün istifadə olunur.
Qeyd edək ki, insanlar sınaq xəbərdarlığını və ya ümumilikdə “Xəbərdarlıq” sistemindən gələn xəbərdarlıqları qəbul etməkdən imtina edə bilməzlər.
Bu sınaqlar, adətən, hər ilin may və noyabr aylarında keçirilir.

Foto: The Canadian Press/Lars Hagberg

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp