[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

RBC müştərinin kartından oğurlanan 14 min dolların məsuliyyətini müştərinin üzərinə qoyur  

bank

“İnsanlar əvvəl fırıldaqçılığa uğrayıb zərər çəkir, sonra da bankdan “bu sənin günahındır” cavabını alırlar”

Bu ilin əvvəlindən bəri Kanada Fırıldaqçılığa Qarşı Mərkəzi dələduzluqlarla bağlı 11.7 milyon dollar zərər qeydə alıb.

Melissa Plett keçən ay Royal Bank of Canada (RBC) yazılan nömrədən gələn fırıldaqçılıq xəbərdarlığı zəngini əvvəlcə şübhəli hesab etməyib. Üstəlik, zəng edən şəxs bankla əlaqə zamanı eşitdiyi tanış ifadələrdən istifadə edirdi.

“Çox peşəkar hazırlanmışdı”, – deyə 44 yaşlı Plett CBC-yə bildirib. “Elə bil ssenarini əzbərləyib məşq etmişdilər. Heç bir xəbərdaredici əlamət yox idi.”

Zəng edən şəxs bildirib ki, Vankuverdə kimsə onun hesabından 2,000 dollar oğurlamağa çalışır. Ona görə də Plettin RBC mobil tətbiqinə daxil olmasını və pulu “qorumaq üçün” bir sıra addımlar atmasını istəyib.

Zəng bitdikdən sonra, Plettin iki RBC hesabından – şəxsi və marketinq biznesinə aid – 14,510 dollar yoxa çıxıb. Bir müddət sonra əsl RBC onunla əlaqə saxlayıb və hesabında fırıldaqçılıq halları barədə məlumat verib. Beləcə, Plett fırıldağa məruz qaldığını anlayıb.

Zəng ekranında bankın adı görünür və insanlar ona inanır

Plett bildirir ki, fırıldaqçıya heç bir şəxsi məlumat və ya təhlükəsizlik kodu təqdim etməyib. Amma o, pulu geri almaq üçün banka müraciət etdikdə, RBC təhlükəsizlik tədbiri görmədiyini və hesaba özü daxil olduğu üçün məsuliyyətin onun üzərində olduğunu bildirib. “Bu, böyük puldur”, – Plett bildirib: “Əgər az da olsa yığımın varsa və bir anda yoxa çıxırsa, insan özünü çox aciz hiss edir.”

Plett bu günlərdə “bank fırıldağı”nın qurbanı olan onlarla şəxs arasındadır. Bu dələduzluqda fırıldaqçılar özlərini bank müfəttişi kimi təqdim edir və müştərinin bir və ya bir neçə hesabının təhlükədə olduğunu deyib, kredit kartı nömrəsi və digər məlumatları almağa çalışırlar. Əksər hallarda bu şəxslər qurbanlar haqqında şəxsi məlumatlara sahib olurlar – ad, soyad, bankın adı. Onlar zəng nömrələrini “spoofing” üsulu ilə bankın rəsmi nömrəsi kimi göstərirlər.

“Əgər şəxsi məlumatlara sahibdirlərsə, zəng daha inandırıcı görünür”, – deyə Kanadanın  Fırıldaqçılığa Qarşı Mərkəzindən Ceff Horncastle bildirir: “Zəng ekranında bankın adı görünür və insanlar ona inanır”.

2024-cü ilin ilk altı ayı ərzində mərkəz 677 qurbanla bağlı məlumat əldə edib və 11.7 milyon dollar zərər qeydə alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artım deməkdir.

Montreal polisi fırıldaqla məşğul olan cinayətkar şəbəkə ilə bağlı istintaq aparır. CBC News-a bildiriblər ki, ən azı 220 RBC müştərisi bu dələduzluğun qurbanı olub. Ümumi zərər təxminən 1.5 milyon dollardır.

RBC istintaqla bağlı şərh verməkdən imtina etsə də, Montreal polisi ilə əməkdaşlıq etdiyini təsdiqləyib.

Qurbanlara kompensasiya nə vaxt ödənilməlidir?

Plett bildirir ki, bank əvvəlcə onun tələbinə mənfi cavab verib. Daha sonra işi eskalasiya etsə də, yenidən rədd cavabı alıb. Hazırda məsələyə RBC-nin son instansiyasında baxılır: “İnsanların pullarını etibar etdikləri banka bunu yaraşdırmıram. Mən səhv etdiyimi başa düşürəm, amma bu səhvin fərqində deyildim”.

Qurbanlar geri ödəniş tələb edə bilsə də, banklar çox vaxt müştərini məsuliyyətli sayır və tam, ya da heç bir ödəniş etmirlər.

İstehlakçı hüquqları müdafiəçisi və hüquqşünas Saylvi De Bellefeuille bildirir ki, banklar tam ödəniş etməyə məcbur olmalıdır: “İnsanlar aldadılıb. Onlar məsuliyyət daşımamalıdır. Bu fırıldaqlar çox mürəkkəb şəkildə hazırlanır”.

O, rəhbərlik etdiyi Option Consommateurs təşkilatı ilə birlikdə 14 nəfərə – hamısı yaşlı Kvebek sakinlərinə – banklara qarşı təzminat üçün kömək edir. Bu şəxslərin 12-si RBC müştərisidir: “Bu fırıldaqlar insanların psixologiyasına mənfi təsir göstərir”, – deyə əlavə edib. Bəziləri hətta təqaüd yığımlarını itirib”.

Kredit kartı fırıldaqlarında qurbanlar federal qanunla qorunsa da, banklar “kobud səhlənkarlıq” halı olduğunu iddia edərək məsuliyyəti üzərlərinə götürməkdən yayınırlar.

Kanada Maliyyə Nazirliyi bildirib ki, bankların icazəsiz əməliyyatlara görə müştərilərə ödəniş etməsini tələb edən qanun yoxdur.

S.D.Bellefeuille deyir ki, federal hökumət qanunvericiliyi sərtləşdirməlidir ki, qurbanlar pullarını geri ala bilsin: “İnsanlar əvvəl fırıldaqçılığa uğrayıb zərər çəkirlər, sonra da bankdan “bu sənin günahındır” cavabını alırlar. İkiqat zərbə olur”.

Müştəri fırıldağa məruz qaldığını sübut edə bilsə…

RBC veb saytında yazılır ki, müştəri fırıldaqçılığa uğradığını sübut edə bilsə, bank tərəfindən edilməmiş rəqəmsal əməliyyatlar tamamilə geri ödənilir.

Plett deyir ki, onun fırıldağa düşdüyünü elə RBC özü zəng edib deyib, bu da onu rəsmi olaraq qurban halına gətirir.

CBC News Plettin bank sənədlərini incələyib və 14,510 dollardan əlavə, 35 dollar da köçürmə komissiyası alındığını təsdiqləyib.

CBC məsələ ilə bağlı RBC-yə media sorğusu göndərdikdən bir neçə saat sonra bank Plettə zəng edərək işin araşdırıldığını bildirib.

Foto: Benoit Gagnon/CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar