[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda turistləri də cəlb edən ən böyük yay əyləncəsi

Kanadanın ildə bir dəfə keçirilən ən böyük tədbirlərindən biri CNE (Canadian National Exhibition – Kanada Milli Sərgisi) hər il avqust ayında Toronto şəhərində keçirilir.

CNE həm yerli sakinlər, həm də turistlər üçün böyük maraq doğurur. Buradakı oyun parklarındakı həm böyüklər, həm də kiçiklər üçün olan attraksionlar, sürprizlərlə dolu pavilyonlar və rəngarəng şoular təşkil olunur.

Sərgidə ən çox maraq doğuran hissələrdən biri də qeyri-adi yeməklərin təqdim olunduğu “Food Building”dir. Burada Kanadanın ənənəvi mətbəxi ilə yanaşı, dünyanın müxtəlif ölkələrinə məxsus ləziz təamları dadmaq imkanı əldə edə bilərsiniz. Eyni zamanda özünüzlə CNE-yə yemək götürmək üçün də icazə var.

Burada xüsusi attraksionla səmaya qalxıb yemək yemək imkanınız da var. CNE-də kazino da fəaliyyət göstərir.

“Uşaq zonası”nda uşaqlar üçün onlarla əyləncəli oyunlar mövcuddur. “Ferma”  bölməsində uşaqlar, elə böyüklər də müxtəlif ev heyvanlarını görə bilərlər. Əlavə olaraq, heyvan şouları və uşaqlara uyğun interaktiv fəaliyyətlər maraqlıdır. Uşaqlar təcili yardım, yanğınsöndürən maşınlara girə, suallarını sözügedən xidmətlərin işçisinə verə bilərlər.

Biletlərin qiyməti bir nəfər üçün 22-75 $ arasında dəyişir. CNE-yə giriş üçün bilet aldıqda, yalnız attraksionlara minmək üçün içəridə əlavə bilet ala bilərsiniz. Uşaqlar üçün “Kids World” hissədəki digər əyləncələr pulsuzdur. Uşaqlar üçün bu linkdəki QR kodla pulsuz giriş əldə edə bilərsiniz. CNE avqustun 15-dən sentyabrın 2-nə qədər fəaliyyət göstərir. Ünvan: 210 Princes’ Blvd., Toronto.

Qeyd edək ki, 1887-ci ildən keçirilən CNE artıq 140 ildən çox tarixi olan ənənəyə çevrilib.

Bu linkə daxil olub tədbir barədə ətraflı məlumat ala bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp