[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Alim Qasımov və Saşar Zarifin canlı “Məhəbbət” konserti Torontoda – 3 Oktyabr

Bilet almaq üçün aşağıda verilmiş linkə daxil olun

Konsert: Alim Qasımov və Saşar Zarifin “Məhəbbət” konserti

Təşkilatçı: Small World Music

Tərəfdaş: The Creative School Chrysalis

Tarix: 3 Oktyabr (Cümə), 2025

Zaman: 20:00-22:00 (Qapılar saat 19:00-da açılır)

Məkan: TMU Chrysalis

Ünvan: 43 Gerrard St E, Toronto, ON

Aparıcı əməkdaşlar: Alim Qasımov (Azərbaycan) və Saşar Zarif (Kanada)

Rejissor: Saşar Zarif (Sashar Zarif)

Aktyor heyəti: Alim Qasımov və onun Muğam Ansamblının 4 musiqiçisi, həmçinin Saşar Zarif.

Bilet almaq üçün link: www.eventbrite.ca

Konsert haqqında

“Məhəbbət” Azərbaycan muğamının əfsanəvi səsi Alim Qasımov ilə beynəlxalq səviyyədə tanınan xoreoqraf və rəqs novatoru kanadalı Saşar Zarif arasındakı əməkdaşlıqdır.

Bu unikal layihədə əsrlərlə yaşı olan musiqi ənənəsi bədənlə ifadə olunan hekayəçiliyə qovuşur. A.Qasımovun ruhu titrədən canlı vokal improvizasiyaları ilə Zarifin sufizmdən qidalanan bədən hərəkətləri birləşərək muğamla səmanın, musiqi ilə rəqsin, sədaqətlə həsrətin qədim bağını yenidən canlandırır. Onları səhnədə uzun illərdən bəri fəaliyyət göstərən Muğam Ansamblı müşayiət edəcək.

Bu, sadəcə duet deyil, səs və bədən, ənənə və transformasiya arasında bir dialoqdur.

Alim Qasımovun ifasında səmalara qalxan muğamın ruhunda Saşar Zarifin sufivari dalğalanan rəqsi ruhunuzu oxşayacaq.

Sənətkarlar haqqında

Alim Qasımov: Muğamın yaşayan əfsanəsi Alim Qasımovun səsi sərhədləri aşır – həm yüzillik ənənələri, həm də dərin duyğuları daşıyır. O, vokal improvizasiyasında ustalığı ilə tanınır və muğam sənətini canlı və nəfəs alan bir irs kimi formalaşdırır.

Qasımov Yo-Yo Ma, Kronos Quartet və Jeff Buckley kimi sənətçilərlə əməkdaşlıqları ilə dünya miqyasında auditoriyanı valeh edib. UNESCO-nun Musiqi Mükafatı laureatıdır.

Saşar Zarif: Saşar Zarif Beynəlxalq mükafatlara layiq görülmüş xoreoqraf, ifaçı və pedaqoqdur. 30 ildən çoxdur S.Zarif rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü qururaraq onu yaşadır. Xoreoqrafın “Yaşayan hekayələr” – Bədənlə ifadə olunan mədəni yaddaş metodu və “Muğam Rəqsi” modal musiqi və sufi hərəkət ənənələrinə əsaslanan praktikası, onun rəqsdəki bənzərsiz yanaşmasını formalaşdırır. O, sufi məkanlarından tutmuş sinif otaqlarına və dünya səhnələrinə qədər səyahət edib. Queen Elizabeth II Diamond Jubilee Medal mükafatına layiq görülmüş Zarifin irsi bədənlər arasında ötürülən hekayələrdə yaşayır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp