[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycan mahnılarının da yer aldığı “A Love Story” konserti olacaq – 26 Oktyabr

Konsert oktyabrın 26-da Richmond Hilldə keçiriləcək

Oktyabrın 26-da Konsert Orkestra Kanada Richmont Hilldə “A Love Story” adlı konsert düzənləyəcək. Konsertdə Azərbaycan türkcəsində, fransızca, ispanca, ingiliscə, italyan və fars dillərində canlı mahnılar ifa ediləcək, Ukraynanın folklor əsərləri çalınacaq. Opera musiqiləri, caz və digər janrlarda mahnılar ifa ediləcək.

Bu barədə Konsert Orkestra Kanadanın təsisçilərindən olan Yusif Savalan “CanAzərbaycan”a açıqlamasında məlumat verdi. Y.Savalanın sözlərinə görə, konserti keçirməkdə əsas məqsəd orkestrin bütün üzvlərini ictimaiyyətə təqdim etmək və musiqisevərlərin professional musiqidən zövq almalarını təmin etməkdir: “Proqramda Ukraynadan, Rusiyadan olan ifaçılarla yanaşı, Güney Azərbaycandan mən və Arəş Dimas çıxış edəcəyik. Amacımız, müxtəlif ölkələrdən gəlib Kanadada yaşayan professional sənətkarları konsertlərimiz vasitəsilə ictimaiyyətə təqdim etməkdir”.

Konsert Orkestranın 22 üzvünün olduğunu deyən Y.Savalan bildirdi ki, hər bir orkestr üzvü professional ifaçılardır: “Bütün orkestrin bir araya gəlməsini konsertmeysterimiz İsgəndər bəy təşkil edir. Dirijorumuz Braziliyada konservatoriyanı  bitirdikdən sonra Toronto Universitetində magistratura və  doktorantura pillələrində təhsil alıb”.

Orkestrə qatılmaq istəyənlər müraciət edə bilər

Y.Savalan deyir ki, orkestrlə işləmək istəyənlər ona müraciət edə bilərələr. Müraciət zamanı namizədlər ya bacarıqlarını göstərən videolar göndərə, yaxud da canlı görüşdə öz məharətlərini göstərə bilərlər: “Orenjemanı öz öhdəmizə götürüb onları səhnəyə çıxmağa hazırlayırıq. Konsertdən sonra isə onları video və audio materiallarla təmin edirik ki, portfoliolarında istifadə etsinlər”.

Y.Savalan deyir ki, bir çox istedadlı insanlar, xüsusilə gənclər, immiqrantlar və aşağı gəlirli sənətçilər öz səslərini və bacarıqlarını nümayiş etdirə biləcəkləri platformalar tapmaqda çətinlik çəkirlər: “Konsert Orkestranın məqsədi onlara öz bacarıqlarını nümayiş etdirməsi üçün şərait yaratmaqdır”.

CanAzerbaijanın oxucularına 30% endirim

Qeyd edək ki, konsert oktyabrın 26-da saat 20:00-da Richmonf Hill Centredə (10268 Yonge Street) keçiriləcək. Bilet almaq üçün tickets.rhcentre.ca saytınna daxil ola bilərsiniz. Biletləri 416-893-1311 nömrəli telefonla əlaqə saxlayaraq canazerbaijan.com-un oxucuları üçün nəzərdə tutulan 30% endirimlə əldə edə bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp