[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Həmyerlimiz cüdo üzrə Kanada birincisi kimi dünya çempionatına vəsiqə qazanıb

Emiliya Əliyeva: “Bu il məqsədim dünya çempionatına düşmək idi və buna nail olduğum üçün çox şadam”

Həmyerlimiz 16 yaşlı Emiliya Əliyeva bu həftəsonu Kalqaridə keçirilən Kanada Milli Çempionatında (National Championships) cüdo idman növü üzrə öz yaş və çəki dərəcəsində qızıl, böyüklər arasında isə gümüş medal qazanıb.

Bu nəticələrə əsasən, Emiliya Kanada milli komandasının heyətinə daxil edilib və mindən çox idmançının iştirak etdiyi yarışda Dünya Çempionatına vəsiqə qazanıb. Eyni zamanda, 2024-cü ildə Alberta əyalətində “Ən Yaxşı Gənc Jüdoka” adına layiq görülüb.

Kanadadakı nüfuzlu xəbər saytları Emiliyanın uğurunu işıqlandırıblar

Atası Vasif Əliyev canazerbaijan.com-a açıqlamasında bildirib ki, qızı Emiliya Əliyeva 2014-cü ildən etibarən jüdo ilə məşğuldur. Bu müddət ərzində o, Kanadada keçirilən bir çox yerli, əyalət və milli səviyyəli turnirlərdə uğurla iştirak edib.

Qeyd edək ki, Vasif Əliyev Jisedai Jüdo Klubunun baş məşqçisidir.

Emiliya Kanadanı jüdo üzrə dünya çempionatında təmsil etdiyinə görə Kanadadakı müxtəlif nüfuzlu xəbər saytları da Emiliyanın bu uğurunu işıqlandırıblar. Həmyerlimiz Globalnews-a açıqlamasında jüdo üzrə Kanada birincisi olmasıyla bağlı hisslərini paylaşıb: “Az öncə mənə dedilər ki, kadetlər üzrə dünya çempionatına vəsiqə qazanmışam. İlin əvvəlindən demişdim ki, bu il məqsədim dünya çempionatına düşməkdir və buna nail olduğum üçün çox şadam”.

“Atam mənim ən böyük ilham mənbələrimdən biridir”

Dizindən aldığı zədədən sonra geri dönən E.Əliyeva Globalnews-a müsabiqələr zamanı həmişə xal maksimumunu toplamağın yollarını axtardığını izah edib. Strateji düşünmə zərurəti ona atasından keçən bu idman növünə olan həvəsini daha da artırıb: “Mən bu idman növündəki strategiyanı sevirəm – həm əvvəlcədən düşünmək, həm də düşündüyün zaman hərəkət etmək lazımdır. Atam cüdo ilə məşğul olub, son iki gündə də buradaydı, hər zaman mənə dəstək olur və məni hər yerə aparır. O, mənim ən böyük ilham mənbələrimdən biridir”.

Qeyd edək ki, Kanadanın Kalqari şəhərində yaşayan Emiliya dünya çempionatında iştirak etmək üçün avqust ayında Bolqarıstanın Sofiya şəhərinə yollanacaq.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar