[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada ötən il qəbul etdiyi qaçqın sayına görə dünyada 4-cüdür

Kanada ötən il rekord sayda qaçqın qəbul edib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin (UNHCR) verdiyi məlumata görə, Kanada dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biri olaraq ötən il rekord sayda müraciət alıb.

Məlumata əsasən, Kanada ötən il 174,000 qaçqın müraciəti qəbul edərək dünyada ən çox sığınacaq axtaran şəxsi qəbul edən dördüncü ölkə olub. Siyahıda Kanadadan öndə Almaniya (229,800 müraciət), Misir (433,900 müraciət) və ABŞ (729,100 müraciət) yer alır.

Bundan əlavə, Kanada ötən il 49,300 qaçqını məskunlaşdırıb. Onların əksəriyyəti Eritreya (15,500 nəfər), Əfqanıstan (8,900), Suriya (6,600) və Somali (4,900) vətəndaşlarıdır.

Daimi yaşayış hüququ verilməsi baxımından isə Kanada ötən il 27,400 nəfərə daimi yaşayış statusu verərək dünya üzrə ən yüksək göstəriciyə sahib olub.

Foto: refugeecenter.ca

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar