Kanadanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Kalqari Universiteti 2026-cı il üzrə Postdoktor Təqaüd Proqramına müraciətlərin qəbulunu elan edib.
PhD (doktorluq) dərəcəsinə sahib olan və elmi fəaliyyətini davam etdirmək istəyən tədqiqatçılar bu proqram vasitəsilə 70 min Kanada dollarına (CAD) qədər maliyyə dəstəyi əldə edə bilərlər.
Təqaüd proqramı çərçivəsində:
70 min Kanada dollarına qədər maliyyə dəstəyi;
Elmi araşdırmalar və peşəkar inkişaf üçün imkanlar;
Tanınmış alimlərlə əməkdaşlıq;
Müasir laboratoriya və tədqiqat resurslarından istifadə;
Akademik və karyera inkişafına dəstək təqdim olunur.
Kimlər müraciət edə bilər?
✔️ PhD və ya ona bərabər doktorluq dərəcəsinə malik şəxslər;
✔️ Güclü elmi və akademik göstəriciləri olan namizədlər;
✔️ Elmi potensialını sübut etmiş tədqiqatçılar;
✔️ Həm Kanada, həm də digər ölkələrin vətəndaşları.
📅 Müraciət üçün son tarix: 1 noyabr 2026-cı il.
Ətraflı məlumat və müraciət qaydaları ilə Kalqari Universitetinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Postdoktor proqramı haqqında rəsmi məlumat:
https://research.ucalgary.ca/postdocs/postdoc-appointments
Postdoktor təqaüd və maliyyələşdirmə imkanları:
https://research.ucalgary.ca/postdocs/funding-opportunities