[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada daimi yaşamaq istəyənlər üçün: “Express Entry” sistemində dəyişiklik gözlənilir

kanadaya immiqrasiya

Kanadanın “Express Entry” (Ekspress Giriş) sistemində gözlənilən böyük dəyişiklikləri bu ölkədə daimi yaşamaq (PR) istəyən minlərlə insana təsir edə bilər. İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirlik bu dəyişikliklərlə bağlı rəsmi ictimai məsləhətləşmə prosesinə start verib və bu, ixtisaslı immiqrantların seçilmə qaydasını kökündən dəyişə bilər.

Bu ilin 23 aprel – 24 may tarixləri arasında hökumət ictimaiyyətdən və təşkilatlardan təklif olunan dəyişikliklər barədə rəy toplayır.

Ən mühüm təkliflərdən biri hazırda mövcud olan üç proqramın – Federal İxtisaslı İşçilər Proqramı (Federal Skilled Worker Program), Kanada Təcrübə Sinfi (Canadian Experience Class) və Federal İxtisaslı Peşələr Proqramı (Federal Skilled Trades Program) – vahid bir  sistemdə birləşdirilməsidir. Bu isə müraciət prosesini namizədlər üçün daha sadə edə bilər.

Eyni zamanda Kompleks Reytinq Sistemi (Comprehensive Ranking System) ballarında da ciddi dəyişikliklər nəzərdən keçirilir. Güclü ingilis dili biliyi, iki dildə danışmaq bacarığı, Kanadada yüksək gəlir və yüksək maaşlı peşələr gələcəkdə daha çox bal qazandıra bilər. Digər tərəfdən isə yaş, ali təhsil və həyat yoldaşı faktorları üzrə balların azaldılması mümkündür.

Digər vacib təkliflərdən biri isə iş təklifi ballarının geri qaytarılmasıdır. Amma bunun yalnız yüksək maaşlı peşələrdə çalışanlar üçün nəzərdə tutulacağı gözlənilir. Bu da o deməkdir ki, yüksək gəlirli sahələrdə çalışan ixtisaslı mütəxəssislərin PR alma şansı daha yüksək ola bilər.

Bu, sistemin 2015-ci ildə tətbiqindən bəri ən böyük yenilənmələrdən biri hesab olunur.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp