[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada əcnəbiləri işə almaq üçün pilot proqram

Britaniya Kolumbiyasının Peace Liard bölgəsi kəndlər üçün daimi yaşayış proqramı çərçivəsində prioritet sahə və peşələri elan edib.

Peace Liard bölgəsi, Britaniya Kolumbiyasının şimal-şərqində yerləşir və Kənd İcması İmmiqrasiya Pilot Proqramı (RCIP) üçün Kanadada prioritet sahə və peşələrini elan edən sonuncu bölgədir.

Peace Liard RCIP bölgəsinə daxil olan əsas icmalar bunlardır (siyahı tam deyil):

Fort St. John

Dawson Creek

Chetwynd

Tumbler Ridge

Taylor

Pouce Coupe

Hudson’s Hope

Fort Nelson

Həmçinin bu bölgəyə Peace River Regional District və Northern Rockies Regional Municipalitynin kənd əraziləri də daxildir.

RCIP nədir?

RCIP – işəgötürən yönümlü daimi yaşayış (PR) proqramıdır.

Sözügedən bölgədə işəgötürənlərdən iş təklifi alan əcnəbilər, digər tələblərə də cavab verdikləri təqdirdə, Kanada hökumətinə PR (daimi yaşayış) üçün müraciət edə bilərlər.

İşə götürmək üçün prioritet sahələr

Peace Liard bölgəsinin işə götürmək üçün prioritet sahələri aşağıdakılardır:

Təbii sərvətlər və kənd təsərrüfatı;

Təbiət və tətbiqi elmlər;

Təhsil, hüquq, sosial və hökumət xidmətləri;

Satış və xidmət;

Ticarət və nəqliyyat.

Prioritet peşələr və NOC kodları:

Peşə adı NOC Kodu
Mehmanxana xidməti menecerləri 60031
Mühasibat üzrə texniklər və kitabxanaçılar 12200
İdarəetmə işçiləri 13100
Pilot və uçuş mühəndisləri 72600
Kassirlər 65100
Təmizlik nəzarətçiləri 62024
Kompyuter üzrə şəbəkə və veb texnikləri 22220
Mexanik və sənaye ustaları 72400
Aşpazlar 63200
Bağça müəllimləri və köməkçiləri 42202
Məktəb müəllim köməkçiləri 43100
Mətbəx işçiləri və yemək dəstəyi 65201
Qida xidməti nəzarətçiləri 62020
Qida və içki təqdimatçıları 65200
Ofis dəstək işçiləri 14100
Ağır texnika operatorları 73400
Ağır texnika mexanikləri 72401
Mehmanxana qeydiyyatçıları 64314
Yüngül təmizləyicilər 65310
Apteklərdə texniki köməkçilər 33103
Restoran və qida xidməti menecerləri 60030
Yanacaqdoldurma məntəqəsi işçiləri 65101
Sosial və icma xidməti üzrə işçilər 42201
Mağazalarda rəfləri dolduranlar 65102
İstifadəçi texniki dəstək mütəxəssisləri 22221

Hər il RCIP proqramında iştirak edən hər bir icma 5 prioritet sahə və 25 peşə (NOC kodu) seçir. Yalnız bu sahələrdə fəaliyyət göstərən işəgötürənlər təyin olunmuş işəgötürən statusu ala biləcəklər. Eyni zamanda iş təklifi tam-ştat, daimi olmalı və yuxarıda qeyd edilən peşələrdən biri üzrə olmalıdır.

Əcnəbilər üçün əsas tələblər

Son 3 ildə azı 1 il (1,560 saat) uyğun iş təcrübəsinin, və ya uyğun işlər üzrə beynəlxalq təhsilin olması;

Dil biliyi tələblərinə cavab vermək;

Kanada və ya Kanada təhsilinə bərabər təhsil sənədi;

Yerləşmək üçün kifayət qədər maliyyə vəsaiti.

Tələbələrə uyğun gələn namizədlər icma tərəfindən təsdiqləndikdən sonra birbaşa PR üçün federal hökumətə müraciət edə bilərlər.

Qeyd edək ki, Peace Liard hələlik RCIP üzrə təyin olunmuş işəgötürənlərin siyahısını elan etməyib.

Daha hansı icmalar pilot proqrama qoşulub?

Onu da deyək ki, RCIP çərçivəsində ümumilikdə 14 icma iştirak edir. Aşağıdakı icmalar da əcnəbiləri işə almaq üçün RCİP proqramı üçün prioritet sahələrin və işlərin siyahısını açıqlayıb.

Sault Ste Marie, Ontario.

North Bay, Ontario.

Timmins, Ontario.

Thunder Bay, Ontario.

Brandon, Manitoba.

Steinbach, Manitoba.

Claresholm, Alberta.

North Okanagan-Shuswap, British Columbia.

Pictou County, Nova Scotia.

Qeyd edək ki, bu linkdən RCİP proqramı ilə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar