[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada əsas ölüm səbəbi: bu il 254 mindən çox xərçəng xəstəliyi və xəstəlikdən 88 min ölüm gözlənilir

Kanadada insanların təxminən 42%-i həyatlarının hansısa mərhələsində bu diaqnozla üzləşə bilər

2026-cı ildə Kanadada 254 mindən çox xərçəng xəstəliyi və təxminən sözügedən xəstəlikdən 88 min ölüm gözlənilir. Bu barədə “Canadian Medical Association Journal”ı son araşdırma yazısında qeyd edib.
Araşdırmanın həmmüəllifi və Kanada Xərçəng Cəmiyyətinin nümayəndəsi Cennifer Gillis bildirir ki, bəzi müsbət irəliləyişlərə baxmayaraq, ümumi mənzərə hələ də ciddi olaraq qalır.
Müalicədə irəliləyişlər, amma risklər qalır
Mütəxəssislər qeyd edir ki, tibbdə əldə olunan nailiyyətlər – xüsusilə immunoterapiya və hədəflənmiş müalicələr – xəstələrin daha uzun və keyfiyyətli həyat yaşamasına imkan yaradır. Bu səbəbdən yaşa uyğunlaşdırılmış ölüm göstəricilərində azalma müşahidə olunur.
Bununla belə, ən çox rast gəlinən xərçəng növləri – ağciyər, süd vəzi, prostat və yoğun bağırsaq xərçəngi – yeni xərçəng xəstəliklərinin təxminən yarısını təşkil edir.
HPV ilə bağlı xərçənglər artır
Araşdırmada ən narahatedici məqamlardan biri bəzi xərçəng növlərinin artmasıdır. Xüsusilə uşaqlıq boynu, baş və boyun xərçəngi, melanoma, pankreas və uşaqlıq xərçəngi hallarında artım gözlənilir.
Mütəxəssislər bildirir ki, bu xərçənglərin bir qismi İnsan Papillomavirusu (HPV) ilə sıx əlaqəlidir və əslində peyvənd vasitəsilə qarşısı alına bilər. Lakin peyvənd proqramlarının mövcudluğuna baxmayaraq, Kanada bu sahədə Avstraliya və Danimarkaqədər uğur qazana bilməyib.
Ekspertlər hesab edir ki, HPV peyvəndinin əhatə dairəsinin genişləndirilməsi və skrininq proqramlarının gücləndirilməsi bu tendensiyanı dəyişmək üçün vacibdir.
Ağciyər xərçəngi ən ölümcül olaraq qalır
Araşdırmaya görə, ən çox ölümə səbəb olan xərçəng növü yenə də ağciyər xərçəngidir. 2026-cı ildə xərçəngdən ölənlərin hər beş nəfərindən biri məhz bu xəstəlik səbəbindən həyatını itirə bilər.
Diqqət çəkən digər məqam isə bu xəstəliyin profilinin dəyişməsidir. Əvvəllər daha çox kişilərlə əlaqələndirilən ağciyər xərçəngi indi qadınlar arasında daha geniş yayılır. Mütəxəssislər bunu yalnız siqaretlə deyil, həm də hava çirkliliyi və radon qazı kimi amillərlə əlaqələndirir.
Piylənmə və həyat tərzi faktorları
Pankreas və uşaqlıq xərçəngi hallarının artması isə qismən artıq çəki və piylənmə ilə əlaqələndirilir. Araşdırmalar göstərir ki, Kanadada böyüklərin təxminən yarısında bel ölçüsü bu və digər xərçəng növləri üçün risk yaradır.
Yoğun bağırsaq xərçəngi gənclərə keçir
Yoğun bağırsaq xərçəngi ümumi olaraq azalsa da, artıq daha çox gənc yaş qruplarında müşahidə olunur. Mütəxəssislər bunu əsasən həyat tərzi ilə əlaqələndirir və skrininq yaş həddinin 50-dən 45-ə endirilməsini təklif edirlər.
Riskləri azaltmaq mümkündür
Həkimlər bildirir ki, sağlam həyat tərzi – fiziki aktivlik, düzgün qidalanma, siqaret və alkoqoldan uzaq durmaq, həmçinin günəşdən qorunmaq – xərçəng riskini azalda bilər.
Buna baxmayaraq, statistika göstərir ki, xərçəng tamamilə qarşısı alınan xəstəlik deyil: Kanadada insanların təxminən 42%-i həyatlarının hansısa mərhələsində bu diaqnozla üzləşə bilər.
Bu isə bir daha göstərir ki, həm profilaktika, həm də erkən diaqnostika xərçənglə mübarizədə həlledici rol oynayır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar