[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda polis adı ilə saxta zənglərin sayı artıb

Ontarionun şərqində fırıldaqçılar özlərini polis kimi təqdim edərək vətəndaşlarla telefon vasitəsilə əlaqə saxlayır və onlardan pul tələb edirlər. Ontario Əyalət Polisi bu barədə açıqlama yayıb. Məlumata görə, bu cür hallarda qurbanlar ciddi maliyyə itkiləri ilə üzləşib. Bəzi insanlar 6,000 ilə 13,000 dollar arasında pul köçürüblər.

Dələduzlar qurbanlara böyük məbləğdə nağd pul çıxarmağı və həmin pulu onlara verməyi və ya kriptovalyuta platformaları vasitəsilə göndərməyi tələb edirlər.

Bəzi hallarda saxtakarlar real Ontario Əyalət Polisinin  əməkdaşlarının adlarını istifadə edir, bəzən isə tamamilə uydurma adlar, vəzifələr və nişan məlumatları ilə etibar qazanmağa çalışırlar.

Polis qeyd edir ki, dələduzlar tez-tez təcili vəziyyət, qorxutma və təzyiq üsullarından istifadə edərək insanları istədiklərini etməyə məcbur edirlər.

Polis tərəfindən verilən tövsiyələr:

  • Polis heç vaxt telefonla pul, kriptovalyuta, hədiyyə kartları və ya maliyyə köçürməsi tələb etmir.
  • Polis heç vaxt təcili ödəniş tələb etmir, həbs ilə hədələmir və dərhal hərəkət etməyə məcbur etmir.
  • Tanımadığınız zəng edənlərə bank məlumatı, PIN kod və ya şəxsi identifikasiya nömrələri verməyin.
  • Təzyiq altında maliyyə qərarı verməzdən əvvəl ailə üzvü və ya etibarlı biri ilə məsləhətləşin.

Əgər özünü Ontario Əyalət Polisi əməkdaşı kimi təqdim edən zəngin doğruluğundan şübhələnirsinizsə, (888) 310-1122 nömrəli qeyri-təcili xətlə əlaqə saxlayın.

Zərərçəkənlər və ya fırıldaqçılardan telefon zəngi alan şəxslərdən hadisəni həm polisə, həm də Kanada Fırıldaqçılıqla Mübarizə Mərkəzinə (Canadian Anti-Fraud Centre – (888) 495-8501) bildirmələri xahiş olunur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar