[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ötən il rekord sayda – 20 min 245 beynəlxalq tələbə qaçqınlığa müraciət edib

“Səbəb hökumətin daimi yaşayış üçün yolları məhdudlaşdırması və sənədlərə gec baxılmasıdır”

Ötən il rekord sayda – 20 min 245 beynəlxalq tələbə sığınacaq üçün müraciət edib. Federal immiqrasiya məlumatlarına əsasən, 2025-ci ildə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Ottava təhsil icazələrinin sayını azaltsa da, bu müraciətlərin sayı artır.

Bu tendensiya artmağa davam edəcək

Yeni açıqlanan rəqəmlər göstərir ki, 2025-ci ilin ilk üç ayında artıq 5,500 beynəlxalq tələbə sığınacaq üçün müraciət təqdim edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artım deməkdir. Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin (IRCC) məlumatına görə, 2024-cü ildə sığınacaq üçün müraciət edən tələbələrin sayı 2023-cü illə müqayisədə iki dəfə, 2019-cu illə müqayisədə isə altı dəfə çox olub.

“Global News”un yazdığına görə, immiqrasiya üzrə hüquqşünaslar hesab edirlər ki, bu tendensiya artmağa davam edəcək. Bunun səbəbi hökumətin əvvəllər mövcud olan daimi yaşayış üçün yolları məhdudlaşdırması və sənədlərə baxılmasında böyük gecikmələrin olmasıdır.

Toronto şəhərində yerləşən immiqrasiya və qaçqınlar üzrə hüquqşünas Şantal Desloges deyir ki, hökumət beynəlxalq tələbələr üçün daimi yaşayışa müraciət etməyə imkan verən bir çox qapını bağlayıb. Nəticədə, insanlar alternativ yollar axtarmağa məcbur olurlar.

Hökumət anladı ki, prosesi ləngitmək lazımdır

Baş nazir Karni ilk mətbuat konfransında 2027-ci ilin sonuna qədər müvəqqəti işçi və beynəlxalq tələbələrin ümumi sayını Kanada əhalisinin 5 faizdən aşağı salacağını vəd etdi. Hazırda bu göstərici 7 faizdir. Karni bu addımın mənzil, ictimai infrastruktur və sosial xidmətlər üzərindəki təzyiqləri azaltmağa kömək edəcəyini bildirmişdi.

Ottavada fəaliyyət göstərən immiqrasiya hüquqşünası Varen Krieyts qeyd edib ki, Karni də Trudo kimi siyasi təzyiq altındadır: “Onlar anladılar ki, prosesi ləngitmək və sayları azaltmaq üçün nəsə etmək lazımdır – bu addımlar insanlara, onların ailələrinə və işəgötürənlərə təsir etsə də… Səhiyyə sistemimizdə böhran yaşanır. Mənzil sahəsində başqa bir böhran var. Bunu qaçqınlar yaradıb? Xeyr. Amma bəlkə də vəziyyəti bir az pisləşdiriblər”.

Beynəlxalq təhsil icazələri 40 faiz azaldılıb

Ötən il Ottava beynəlxalq təhsil icazələrinin sayını 40 faiz azaldaraq 360 minə endirdi. Xarici tələbələrin iş saatları məhdudlaşdırıldı və onların həyat yoldaşları üçün olan iş icazələri üzrə qaydalar sərtləşdirildi.

Deslojes deyir ki, bəzi iqtisadiyyat sektorları beynəlxalq tələbələrdən sui-istifadə ediblər: “Tələbələr sistemdən keçib, amma onların diplomlarının heç bir dəyəri yoxdur. İndi ya iş icazəsinə uyğun deyillər, ya da müəyyən müddət işlədikdən sonra belə, bu təcrübəni daimi yaşayış icazəsinə çevirmək mümkün olmur”.

IRCC-nin açıqlamasında qeyd edilir ki, təhsil icazələri adətən təhsil proqramının müddətinə verilir və bu, bir neçə ili əhatə edə bilər. Bu o deməkdir ki, hökumətin qəbul etdiyi məhdudiyyətlərin real təsiri hələ tam hiss olunmur: “Tədbirlərdən əvvəl verilmiş təhsil icazələrinin sayını nəzərə alsaq, sığınacaq axtaran tələbələrin nisbəti hələ də azdır”.

Ən çox hansı kollecin tələbələri sığınacaq üçün müraciət edir?

2024-cü ildə beynəlxalq tələbələr arasında sığınacaq müraciətlərinin ən çox olduğu təhsil müəssisələri bunlardır:

Konestoqa Kolleci – 720 müraciət

Seneka Kolleci – 650 müraciət

Kvebek a Chicoutimi Universiteti– 500 müraciət

Niaqara Kanada Kolleci– 495 müraciət

Ellis Kolleci – Trois-Rivieres – 475 müraciət

Global News bu təhsil müəssisələri ilə əlaqə saxlayıb. Ellis Kolleci bildirib ki, federal və vilayət immiqrasiya orqanları ilə kolleclər arasında ciddi ünsiyyət çatışmazlığı var və onların tələbələrin sığınacaq üçün müraciət edəcəklərini əvvəlcədən bilmələri mümkün deyil: “Bizim qəbul etdiyimiz tələbənin əslində Kanadaya sadəcə sığınacaq almaq üçün gəldiyini bilməyimiz qeyri-mümkündür”.

Hər bir sığınacaq müraciəti fərdi qaydada qiymətləndirilir və qəbul faizi müraciət edən şəxsin doğma ölkəsinə görə dəyişir. Hazırda Qaçqınlar üzrə İmmiqrasiya Şurası 281 mindən çox yığılıb qalmış iş yükü ilə üz-üzədir.

Kollec rəhbəri nə deyir?

Deslojes əlavə edir: “Bəzən tələbələr həqiqətən də real təhlükə ilə üzləşirlər. Məsələn, altı il əvvəl Ukraynadan gəlmiş biri indi tamam fərqli bir vəziyyətlə qarşı-qarşıyadır”.

Ellis Kollecinin baş direktoru Stefani Delisli deyib ki, onlar tələbələrinin sığınacaq müraciəti etdiyi barədə hökumətdən xəbərdar olmaq istəsələr də, cavab ala bilməyiblər: “Əgər federal hökumət bizə sığınacaq müraciəti edən tələbələrin haradan gəldiyini bildirməzsə, biz bəzilərini, xüsusilə də bəzi fransızdilli Afrika ölkələrindən gələnləri qəbul etməyi dayandırmaq məcburiyyətində qalacağıq”.

Qeyd edək ki, Kanadada sığınacaq almaq istəyənlər sübut etməlidirlər ki, doğma ölkələrinə geri göndərilsələr, orada təqib və ya təhlükə ilə üzləşəcəklər.

Foto: The dorm

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar