Piknik: Açıq havada Qurban Bayramı Piknik Görüşməsi
Təşkilatçı: Kanada Geyikləri
Giriş: 12 CAD
Tarix: 8 İyun 2025 (Bazar günü)
Saat: 11:00-16:00
Məkan: Wilket Creek Park, Piknik Area #5
Ünvan: 939 Eglinton Avenue East Toronto, ON M4G 4H7
Şəhər/Əyalət: Toronto, Ontario
Biletə nələr daxildir?
Hər biletə bir ədəd burger daxildir – seçiminizə görə: Ət ilə | Kolbasa ilə | Pomidor və pendirlə
Uşaqlar üçün əyləncəli oyunlar və yarışmalar!
Biletləri bu linkdən ala bilərisniz.
Piknikdə sizi nələr gözləyir?
Sehrbaz şou;
Üz boyama;
Çuval yarışı, pinata və uşaqlar üçün digər oyunlar;
Musiqi və rəqs dolu əyləncə.
Piknikə oturmaq üçün altınıza açmağa bir şeylər yaxud stul gətirə bilərsiniz.
Piknik məkanında kredit kartı ilə içəcək və əlavə yeməklər ala bilərsiniz.