[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

ROM Muzeyinə hər ay necə pulsuz bilet əldə etmək olar?

Torontoda yaşayan və ya şəhərə qonaq gələn bir çox insan məşhur Royal Ontario Museum (ROM) muzeyinə bilet qiymətlərinin baha olduğunu düşünür. Əslində 4 nəfərlik ailə ödəniş etmədən muzeyi ziyarət edə bilər.

Qeyd edək ki, uşaqla gedirsinizsə, muzeyi bir günə gəzib qurtarmaq mümkün deyil.

ROM-da hər ay pulsuz giriş günü var

ROM hər ayın üçüncü çərşənbə axşamı bütün ziyarətçilər üçün pulsuz olur. Muzeyə giriş saat 16:00-dan 20:30-dək ödənişsizdir. Amma öncədən bilet rezervasiyası mütləqdir. Yəni hər ayın üçüncü çərşənbə axşamından 2 həftə əvvəl rezervasiya başlayır. Biletinizi nə qədər tez alsanız, o qədər yaxşıdır, çünki gec müraciət etsəniz, biletlər bitmiş ola bilər.

Necə rezerv edək?

Yer rezerv etmək üçün www.rom.on.ca səhifəsinin yuxarı hissəsindəki “Book Tickets” düyməsinə klikləyin, təqvimdə ayın üçüncü çərşənbə axşamını seçin və bir az aşağıda “3rd Tuesday Nights Free” bölməsini klikləyərək muzeyə daxil olmaq istədiyiniz saatı və neçə nəfər üçün pulsuz bilet lazım olduğunu seçin.

Kanadada kollec və ya universitetdə tamştat təhsil alan tələbələr hər çərşənbə axşamı ROM-a pulsuz daxil ola bilirlər. Bunun üçün girişdə tələbə kartını göstərmək kifayətdir.

Ünvan: 100 Queen’s Park, Toronto

Metro ilə getmək üçün: Museum Station və ya St. George Station yaxınlığında yerləşir.

Muzeydə nələr var?

Əsasən Kanadadan tapılmış Dinozavr skeletləri

Qədim Misir bölməsi

Təbiət və heyvanlar aləmi

İnteraktiv uşaq zonası

Sərgilər mövcuddur

Növbəti ayların pulsuz giriş günləri

16 İyun

21 İyul

18 Avqust

15 Sentyabr

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar