[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Toronto və GTA-da Kanada Günü ilə bağlı atəşfəşanlıq və ailəvi əyləncə proqramları – ÖDƏNİŞSİZ

1 iyul – Kanada Günündə Torontonun müxtəlif parklarında, meydanlarında və Toronto Tarix Muzeylərində ödənişsiz, ailəvi əyləncə proqramları təşkil olunacaq. Bayram axşamı isə möhtəşəm atəşfəşanlıq ilə yekunlaşacaq.

Toronto və GTA-da atəşfəşanlıq keçiriləcək məkanlar

📍 Amesbury Park – 151 Culford Rd., North York – 🕙 22:00

📍 Ashbridges Bay Park – 1561 Lake Shore Blvd. E., Toronto – 🕙 22:00

📍 Bayfront Park – 200 Harbour Front Dr., Hamilton – 🌅 Gün batdıqdan sonra

📍 Chinguacousy Park – 9050 Bramalea Rd., Brampton – 🕙 22:00

📍 Downsview Park (Festival Terrace) – North York – 🕘 21:55

📍 Harbourfront Centre – 235 Queens Quay W., Toronto – 🕥 22:45

📍 Mel Lastman Square – 5100 Yonge St., North York – 🕙 22:00

📍 Milliken Park – 5555 Steeles Ave. E., Scarborough – 🕙 22:00

📍 Mississauga Celebration Square – 300 City Centre Dr., Mississauga – 🕙 22:00

📍 Stan Wadlow Park – 888 Cosburn Ave., East York – 🕙 22:00

Bu məkanların əksəriyyətində gün ərzində canlı musiqi, ailəvi əyləncə proqramları və müxtəlif tədbirlər də təşkil olunacaq.

Ailəvi əyləncə proqramları

📍 Thomson Memorial Park (1005 Brimley Rd.)

🕙 10:00–15:00

🥞 Pulsuz pankek səhər yeməyi (ilk gələnlər üçün)

🎵 Musiqi

🎨 Üz rənglənməsi

🎭 Əyləncə proqramı

📍 Amesbury Park (151 Culford Rd.)

🕙 10:00–22:00

🍔 Yemək stendləri

🎉 Ailəvi əyləncələr

🎆 Saat 22:00-da atəşfəşanlıq

📍Mel Lastman Square (5100 Yonge St.)

🕛 12:00–22:00

🎤 Canlı musiqi

🎡 Uşaq zonası

🍴 Yemək və satış yarmarkası

🎆 Saat 22:00-da atəşfəşanlıq

🇨🇦 Nathan Phillips Square

Ünvan: 100 Queen St. W.

🕛 Saat 12:00–18:00

🎶 Canlı musiqi

💃 Rəqs çıxışları

🎨 Uşaqlar üçün fəaliyyətlər

⚽ Futbol oyunları və əyləncələr

Burada həmçinin “Soccer for All” proqramı çərçivəsində mini futbol meydançaları fəaliyyət göstərəcək.

FIFA Dünya Kuboku 2026 üzrə 1/16 final oyunları isə saat 16:00 və 20:00-da böyük ekranda canlı yayımlanacaq.

📍 Stan Wadlow Park (888 Cosburn Ave.)

🕚 11:00–22:00

🎶 Canlı çıxışlar

👨‍👩‍👧‍👦 Uşaqlar üçün proqramlar

🏘️ İcma stendləri

🎆 Saat 22:00-da atəşfəşanlıq

🏛️ Toronto Tarix Muzeyləri

Aşağıdakı muzeylər 1 iyul tarixində 11:00–17:00 saatları arasında ödənişsiz fəaliyyət göstərəcək:

📍 Scarborough Museum

📍 Gibson House Museum

📍 Montgomery’s Inn

📍 Mackenzie House

Spadina Museum isə 12:00–16:00 arasında Toronto Çin icmasına həsr olunmuş “Beautiful Asian Feast” adlı xüsusi proqram təqdim edəcək.

Qeyd edək ki, digər Toronto Tarix Muzeyləri həmin gün bağlı olacaq.

Atəşfəşanlıq qaydaları

Şəxsi mülkiyyətdə yalnız Kanada Günü və Viktoria Day günlərində saat 23:00-a qədər icazəsiz atəşfəşanlıq etmək olar. Digər günlərdə bunun üçün xüsusi icazə tələb olunur.

Şəhər parklarında, çimərliklərdə, küçələrdə, balkonlarda və ictimai yerlərdə atəşfəşanlıq etmək qadağandır.

Atəşfəşanlıq yalnız 18 yaş və daha böyük şəxslər tərəfindən istifadə edilməlidir.

Toronto Polisi və bələdiyyə əməkdaşları qaydalara əməl olunmasına nəzarət edəcəklər.

Qanunsuz atəşfəşanlıq və ya satışı barədə 311 xidmətinə məlumat vermək olar. Yanğın baş verdikdə isə 9-1-1 nömrəsinə zəng etmək lazımdır.

İstifadə olunmuş atəşfəşanlıq ləvazimatlarını necə atmaq lazımdır?

İstifadə olunmuş və ya istifadə edilməmiş atəşfəşanlığı əvvəlcə tamamilə suya salın və bir gecə suda saxlayın.

Daha sonra hər tullantı toplama günündə ən çox 10 ədəd olmaqla zibil qabına atın.

Atəşfəşanlığı heç vaxt təkrar emal (recycling) konteynerinə atmayın.

İctimai nəqliyyat

TTC Kanada Günündə bazar günü cədvəli ilə işləyəcək. Avtobus, metro və tramvaylar təxminən saat 06:00-dan fəaliyyətə başlayacaq.

TTC bildirib ki, çərşənbə günü planlaşdırılmış xətt bağlanmaları yoxdur. Kanada Günü tədbirləri ilə əlaqədar Woodbine Park və Ashbridges Bay Park istiqamətində əlavə avtobus reysləri təşkil ediləcək.

GO Train qatarları isə şənbə günü cədvəli ilə hərəkət edəcək. Metrolinx sərnişinlərə səfərə çıxmazdan əvvəl marşrutlarını yoxlamağı tövsiyə edir, çünki bəzi xətlərdə həftəsonu xidmət göstərilmir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar