Torontonun ən böyük pulsuz “Halloween on Church” adlı tədbir hər il olduğu kimi, Church-Wellesley Village məhəlləsində keçiriləcək. Tədbir oktyabrın 31-i saat 18:30-dan gecə yarısına qədər Church küçəsində (Carltondan Gloucesterə qədər) küçələrin bağlanması ilə baş tutacaq. Küçə canlı musiqi, maraqlı çıxışlar, kostyumlar və cadugər ab-havası ilə dolacaq.
Amma bu il tədbir gecə yarısı bitməyəcək! Yeni əlavə olunan ikinci mərhələ noyabrın 1-də keçiriləcək. Bu dəfə 512 Church Street ünvanındakı parkinqdə, saat 19:00-dan gecə yarısına qədər. Burada da musiqi, rəqs və Hallovin çılğınlığı davam edəcək (bu dəfə küçələr bağlanmayacaq).
Əsas səhnədə Kanadanın məşhur televiziya yarışma şousu “Canada’s Drag Race”dən tanınan Jada Şada Hudson çıxış edəcək, onu yerli artistlər, müğənnilər və rəqqaslar müşayiət edəcək.
Tədbirin rəsmi saytında bütün iştirakçıların siyahısı ilə tanış ola bilərsiniz.
Bundan başqa, bu il ilk dəfə “Beer Garden” zonası olacaq. Burada ziyarətçilər üçün “cadugər içkiləri” və “dəhşətli kokteyllər” təqdim ediləcək.
Tədbir: “Halloween on Church”
Tarix: Oktyabr 31 – Church Street (Carlton–Gloucester arası)
Tarix: Noyabr 1 – 512 Church Street (parkinq sahəsi)
Zaman: 18:30–00:00 / 19:00–00:00
Bilet: Giriş pulsuzdur!
















