[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Valideynləri Kanadaya gətirmək üçün Sponsorluq Proqramına müraciət dayandırılıb

kanadaya immiqrasiya

Kanada hökuməti 2026-cı ildən valideyn və nənə-babaların immiqrasiyası üzrə sponsorluq proqramına yeni müraciətlərin qəbulunu tamamilə dayandırıb. Bu qərar yaşlı valideynlərini və ya nənə-babalarını Kanadaya gətirmək istəyən ailələr üçün ailə birləşməsinin müvəqqəti olaraq dayandırılması deməkdir.

Sponsorluq proqramı üzrə son müraciət tarixi ötən ilin 9 oktyabr tarixində olub. Hökumət bu qərarın hazırda sistemdə olan mövcud müraciətlərin daha sürətli baxılması üçün verildiyini qeyd edib.

IRCC bu il 10,000 müraciətin qəbul ediləcəyini planlaşdırır ki, bu da dəvət edilən 17,860 nəfərin təxminən 55 faizi deməkdir.

Qeyd edək ki, sponsor olan şəxslər valideynlərini və ya nənə-babalarını 20 il (Kvebekdə yaşayanlar üçün 10 il) maliyyə baxımından təmin etməyi öhdələrinə götürürlər. Bu maliyyə məsuliyyəti sponsorluq edilən şəxslər daimi sakin statusu aldıqdan etibarən qüvvəyə minir.

Bu öhdəlik sponsorluq edilən şəxslərin dövlətin sosial yardımına müraciət etməməsini təmin etməyə yönəlib. Əgər sponsorluq edilən şəxs sosial yardım alarsa, sponsor bu məbləği geri ödəməli və borc tam ödənənə qədər başqa heç kimə sponsorluq edə bilməz.

IRCC qeyd edir ki, Kanada vətəndaşı olan sponsorlar başqa əyalətə və ya ölkəyə köçdükdə, maliyyə çətinliyi yaşadıqda belə sponsorluq etdiyi şəxslərlə bağlı götürdükləri məsuliyyətdən azad olunmurlar. Sponsorlar qida, geyim, yaşayış yeri və digər gündəlik ehtiyaclar, həmçinin dövlət səhiyyə sistemi tərəfindən ödənilməyən tibbi xərcləri qarşılamağa razılaşırlar.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp