[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yeni Brunsvik qaçqınları qəbul etməklə daha çox iqtisadi immiqrant alacaq

Yeni Brunsvik (New Brunswick) əyaləti sığınacaq axtaranları qəbul etmək müqabilində daha çox iqtisadi immiqrant alacaq. Belə ki, Yeni Brunsvik hökuməti federal hökumətin immiqrant qəbulunu azaltmasından xələl görməmək üçün 400 sığınacaq axtaran şəxsin Yeni Brunsvikə köçürülməsinə razılaşıb. Bunun əvəzində federal hökumət əyalət namizəd proqramı (PNP) çərçivəsində Yeni Brunsvikə əlavə 1,500 yer ayırıb. Nəticədə Yeni Brunsvikin ümumi immiqrasiya limiti bu il üçün 4,250 nəfərə çatıb. Bu yerlərin hamısı NBPNP-yə ayrılıb və Atlantik İmmiqrasiya Proqramı (AIP) çərçivəsində təqdim olunan namizədləri də əhatə edir.

Qeyd edək ki, bu ilin fevral ayında Yeni Brunsvik hökuməti illik immiqrasiya limitinin ötən illə müqayisədə 50 faz azaldığını və PNP proqramı çərçivəsində yalnız 2,750 yerin mövcud olduğunu elan etmişdi.

Əlavə kvota müqabilində vilayət 400 sığınacaq axtaranı qəbul etməyə razılaşıb. Federal hökumət də sığınacaq axtaranların müvəqqəti yaşayış ehtiyacları üçün maliyyə dəstəyi göstərəcəyini bildirib.

Yaxın həftələrdə əyalət rəsmiləri sığınacaq üçün Kanadaya gələn və Yeni Brunsvikə köçmək istəyən insanlarla görüşəcək. Köçənlərə yaşayış, inteqrasiya və işlə təminat sahəsində dəstək veriləcək.

Onu da qeyd edək ki, Ontarionun 2025-ci il üçün PNP kvotası 21,500-dən 10,750-yə endirilib. Britaniya Kolumbiyası isə 8,000-dən 4,000-ə endirilmiş kvota nəticəsində bəzi axınları bağlamağa və müraciətləri 1,100 ilə məhdudlaşdırmağa məcbur olub.

Bu azalmalar IRCC-nin son immiqrasiya planlarına uyğundur. 2023-cü ilin noyabrında yayımlanan ilkin plana əsasən 2025-ci il üçün PNP üzrə hədəf 120,000 idi, lakin 2025-2027-ci ilin planına əsasən, bu rəqəm 55,000-ə endirilib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar