Toronto Zooparkı – Kanadanın ən böyük heyvanat məkanına səyahət!
Toronto Zooparkı Şimali Amerikanın ən böyük heyvanat parklarından biridir. Parkı gəzmək üçün bir gün kifayət etmir. Ərazisi təxminən 287 hektardır (710 akr).
Zooparka yalnız isti havalarda deyil, qışda da baş çəkmək olar. Parkda heyvanların saxlanıldığı böyük isti pavilyonlar da var.
Burada 3 mindən çox heyvan və dünyanın müxtəlif iqlimini əks etdirən xüsusi zonalar var.
Hansı heyvanları görmək olar?
Afrika Savannası: Şir, pinqvin, zürafə, çita, zebra, babun, begemot, dəvəquşu, kərgədan və s.
Afrika Yağış Meşəsi Pavilyonu: Timsah, qorilla, müxtəlif növ quşlar, sürünən heyvanlar və s.
Kanada Pavilyonu: Ayılar, bizonlar, marallar və s.
İndo Malaya Pavilyonu: Leopard, şir, kərgədan və s.
Amerika Pavilyonu: Sürünənlər və suda yaşayan heyvanlar və s.
Avrasiya Pavilyonu: Amur pələngi, dəvə, öküz, leopard və s.
Tundra Trek Pavilyonu: Arktika canavarı, ağ ayı və s.
Avstraliya Pavilyonu: Kenqurular, koalalar, ilanlar, müxtəlif növ quşlar və s.
Splash Island – yayda uşaqlar üçün su əyləncə zonası.
Təbiəti öyrədən interaktiv proqramlar və kiçik təlimlər.
Biletlər:
Giriş biletləri həftənin günlərinə uyğun olaraq böyüklər üçün 25-29$ arasında dəyişir.
Uşaqlar – 3-12 yaş – 17.47$
0-2 yaşlı uşaqlar pulsuz
65+ – 21.21$
Hazırda illik üzvlük kartı alanlar üçün 15% Qara Cümə endirimi var.
www.torontozoo.com saytından bilet əldə edə bilərsiniz.
Ünvan: 2000 Meadowvale Rd, Toronto.




















