Toronto və ətrafında yaşayanlar üçün Ana dili dərslərinə qeydiyyat davam edir

Artıq 20 ildir Toronoto Şəhər Təhsil mərkəzinin Xarici Dillər (TDSB İLE) bölməsinin tərkibində Azərbaycan Dili tədris olunur. Azərbaycan Dili sinfinin yaradıcısı Yeganə Cəfərova bizimlə söhbətində bildirdi ki, “bu il də siniflərimiz öz qapılarlnl dilimizi öyrənmək, təkmilləşdirmək, qorumaq və yaşatmaq istəyən hər bir şagirdimiz üçün açıb”.

Qeyd edək ki, Azərbaycan dili dərslərinə JK yaşından başlayaraq 8-ci sinif də daxil olmaqla qəbul edilir.

Dərslər hər həftənin şənbə günləri səhər saat 9:00-11:30 intervalında keçilir. Ana dili dərsindən sonra isə uşaqlara milli rəqsimiz, rəsm və gitara dərsləri keçirilir.

Əlavə məlumat üçün Torontodakı Ana dili sinfinin Facebook səhifəsinə yaza bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar