“Arşın mal alan” yenidən Toronto səhnəsində: bilet almağa tələsin

Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının təşkilatçılığı ilə bu il oktyabrın 11-də Üzeyir Hacıbəylinin şah əsərlərindən biri – “Arşın mal alan” operettası peşəkar səhnədə tamaşaya qoyulacaq.

Qeyd edək ki, indiyədək tamaşa 3 dəfə Kanadanın müxtəlif şəhərlərində tamaşaçıların görüşünə gedib.

Tamaşada Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının canlı orkestri, valehedici vokal ifaları və möhtəşəm xoreoqrafiya nümayiş olunacaq.

🎭 Tamaşa: “Arşın mal alan”

📅 Tarix və zaman: 11 Oktyabr (18:00-20:00)

📍 Məkan: Richmond Hill Centre for the Performing Arts, 10268 Yonge St, Richmond Hill,

Ontario

🕔 Qapılar açılır: 17:00

🎟Bilet: 35$-100$

Biletləri eventtop.ca saytından bu linkə daxil olaraq ala bilərsiniz.

Sizi nə gözləyir:

İstedadlı sənətçilərin canlandırdığı bu klassik əsər sizə yaddaqalan bir axşam bəxş edəcək. Bu unudulmaz gecədə Azərbaycan musiqi və teatr sənətinin incisini canl izləmək fürsəti əldə edəcəksiniz.

Əsas rolların ifaçıları:

Əsgər: Hassan Anami

Gülçöhrə: Kristina Rəhimova

Süleyman: Rövşən Tağıyev

Asya: Nasrin Attari

Soltan bəy: Mamed Peygumbəri

Cahan Xala: NurQəmər Peygumbəri

Vəli: Saeed Şirazi

Telli: Leyla Kərəmzadə

Musiqi direktoru: Polad Kaşef

Rejissor: Şervin Şadpur

Prodüser: Şervin Şadpur, Nəsrin Attari

Musiqi, xor və rəqs ifaçıları: Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı

Qonaq musiqiçilər: Freddi Abu Sido, Qranit Kamberi

 Qeyd edək ki, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı 2003-cü ildə yaradılıb. Missiyası Azərbaycan musiqisini, rəqsini və mədəniyyətini vətəndən uzaqlarda yaşatmaq və kanadalılara tanıtmaqdır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp