Manitoba əyaləti daimi yay vaxtına keçir. Əyalətin baş naziri Vab Kinev qərarın əhalinin rəyi və seçimləri əsasında qəbul edildiyini bildirib: “Manitobalılardan bunu çox aydın eşitdik – Manitobada artıq saatların dəyişdirilməsini istəmirlər. Daimi yay vaxtı sağlamlığımız, biznesimiz və valideynlər üçün yaxşıdır”.
Bu dəyişiklik o deməkdir ki, Manitobada saatlar noyabrın 1-də əvvəlki kimi standart vaxta geri çəkilməyəcək.
Beləliklə, Manitoba artıq daimi vaxt rejiminə keçmiş bir sıra digər əyalət və ərazilərə, o cümlədən Britaniya Kolumbiyası, Yukon, Saskaçevan, Alberta və Şimal-Qərb Ərazilərinə qoşulur.
Vinnipeq Ticarət Palatasının prezidenti və baş icraçı direktoru Loren Remillard bildirib: “Daimi yay vaxtı Manitoba biznesləri üçün yaxşıdır. Axşam saatlarında daha çox gün işığının olması restoranlar, pərakəndə satış obyektləri, fermerlər və əyalətimizin müxtəlif icmaları üçün gündən daha səmərəli istifadə etmək imkanlarını artırır. İldə iki dəfə saatların dəyişdirilməsinin dayandırılması əyalətlərarası fəaliyyət göstərən şirkətlər üçün çətinlikləri azaldır və bütün Manitobalılar üçün daha çox sabitlik yaradır”.