Dünyanın müxtəlif ölkələrində turizmin təbliği sahəsində hazırlanan ən uğurlu audiovizual layihələri bir araya gətirən “CIFFT Tourism Press Award 2026” müsabiqəsinə 23 ölkədən 69 iş təqdim olunub.
Müsabiqənin qiymətləndirmə mərhələsi sentyabrın 10-da başlayacaq və sentyabrın 30-dək davam edəcək. Bu mərhələdə təqdim olunan işlər müəyyən edilmiş meyarlar əsasında 1-dən 10-a qədər balla qiymətləndiriləcək.
Qiymətləndirmənin nəticələrinə əsasən, ən yüksək bal toplayan 10 layihə finalçı seçiləcək. Final mərhələsi oktyabrın 3-dən 10-dək keçiriləcək və münsiflər heyəti finalçıları xüsusi bal sistemi əsasında qiymətləndirərək müsabiqənin qalibini müəyyənləşdirəcək.
Qalib oktyabrın 14-də elan olunacaq. Müsabiqənin qalibi dekabr ayında Mərakeşdə keçiriləcək World Tourism Film Awards mərasimində elan olunacaq və təltif ediləcək.
“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova yenidən beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü seçilib.