Ontarioda 15 yaşlı yeniyetməni qaçıran iki kişi yolu səhv salaraq polis tərəfindən tutulublar

Polisin məlumatına görə, ötən həftə Ontario ştatının Sault Ste. Marie şəhərində oğurlanan15 yaşlı yeniyetmənin xilas edilməsinə yanlış dönmə səbəb olub.Yeniyetməni qaçıranlar onu hotelə aparmaq istəyərkən yolu səhv salaraq ABŞ-la sərhəddə yerləşən  Beynəlxalq körpüyə çıxıblar. Hər iki kişi Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) əməkdaşları tərəfindən saxlanılıb.

Polisin yaydığı açıqlamaya görə, hadisə sentyabrın 19-da baş verib. Hadisə ilə bağlı Sault Ste. Marie şəhərindən olan 40 yaşlı kişi və Ontario ştatının Sudbury şəhərindən olan 29 yaşlı kişi saxlanılıb. Hər ikisinə adam oğurluğu ittihamı irəli sürülüb.

Polis açıqlamasında bildirib: “Axşam saat 22:15-dən az sonra 911 operatorlarına məlumat daxil olub ki, iki şübhəli adam oğurluğu ehtimalı ilə CBSA əməkdaşları tərəfindən saxlanılıb. Əməkdaşlar avtomobilin içərisində 15 yaşlı yeniyetməni görüblər”.

Polisin bildirdiyinə görə, şübhəlilərin heç biri zərərçəkmişi yaxşı tanımırmış. Onlar yeniyetməni həmin gün avtomobillərinə götürüblər. Aparılan araşdırma nəticəsində məlum olub ki, şübhəlilər yeniyetmənin avtomobildən düşməsinə icazə verməyiblər.

Hər iki şəxs adam oğurluğu ittihamı ilə həbsdə saxlanılıb və girovla azad edilmə ilə bağlı məhkəmə iclasını gözləyirlər.

Polis sözçüsü Linkoln Louttit zərərçəkmişin oğlan, yoxsa qız olduğunu açıqlamaqdan imtina edib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar