[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada boşanmaların sayı azalıb  

kanadada boşanma

Kanada Statistika Komitəsinin məlumatına görə, cütlüklərin 77 faizi rəsmi, 23 faizi isə qeyri-rəsmi şəkildə bərabər yaşayırlar

Vanier Ailə İnstitutunun yaydığı yeni hesabata görə, boşanma göstəriciləri 1990-cı illərin əvvəlindən bəri azalır və son 50 ilin ən aşağı səviyyəsinə düşüb.

İnstitut, Kanada Statistika Komitəsinin məlumatlarına istinad edərək bildirir ki, 2020-ci ildə boşanma göstəricisi hər 1,000 evli şəxsə görə 5.6-ya düşüb. Bu, 1973-cü ildən bəri ən aşağı rəqəmdir. 1991-ci ildə hər 1,000 evli şəxsə 12.7 boşanma düşürdü.

Hesabata görə, 1990-cı illərdən bəri Kanadada boşanma səviyyəsinin davamlı şəkildə azalmasının bir hissəsi yaşlanan evli əhali ilə bağlıdır. Yaşlı cütlüklərin boşanma ehtimalı gənclərə nisbətən daha azdır.

Britaniya Kolumbiyası Universitetinin sosiologiya üzrə dosenti Yue Qian bildirib ki, boşanmaların azalması gənclər arasında da müşahidə olunur. Maraqlı bir məsələyə toxunan Y.Qianın sözlərinə görə, ali təhsilli insanların evlənmə ehtimalı daha yüksəkdir: “Amma eyni zamanda ali təhsilli insanların boşanma ehtimalı daha azdır. Bu baxımdan, boşanmaya daha meyilli olanlar, ümumiyyətlə, əvvəlcədən evlənmirlər”.

Gənc cütlüklər də əvvəldən evlənməyə daha az meyl göstərir və bunun əvəzinə nikah olmadan birlikdə yaşamağı (common-law) seçirlər.  Kanada Statistika Komitəsinin məlumatına görə, cütlüklərin 77 faizi rəsmi, 23 faizi isə qeyri-rəsmi şəkildə bərabər yaşayırlar. Kanada nikahdan kənar yaşayanların sayına görə G7 ölkələri arasında birinci yerdədir. Bu, əsasən belə birliklərin daha populyar olduğu Kvebeklə bağlıdır.

Foto: Canvas

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar