[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada yaşayan 17 yaşlı azərbaycanlı cüdoçu beynəlxalq və milli turnirlərdə 8 qızıl medal qazanıb

Kanadanın Kalqari şəhərində yaşayan 17 yaşlı azərbaycanlı cüdoçu Emiliya Əliyeva ard-arda qələbələri ilə diqqət mərkəzindədir. E.Əliyeva 2025–2026 mövsümündə qazandığı uğurlarla həm Azərbaycan, həm də Kanada idman ictimaiyyətinin diqqətini cəlb edib.

Atası Vasif Əliyevin sözlərinə görə, Emiliya il ərzində iştirak etdiyi nüfuzlu beynəlxalq və milli turnirlərdə çoxsaylı medallar qazanaraq mövsümü uğurla başa vurub. O, “Ontario Open” turnirində iki qızıl, “Quebec Open” yarışında bir qızıl və bir gümüş, “Edmonton International” turnirində bir qızıl və bir gümüş, “Pacific International” yarışında isə bir qızıl və bir gümüş medal əldə edib.

Gənc idmançı Ekvadorun Guayaquil şəhərində keçirilən Kadet və Yeniyetmələr arasında Pan Amerika Çempionatında da uğurla çıxış edərək iki bürünc medala sahib olub. O, həmçinin Kalgari şəhərində keçirilən “2026 Open Nationals Judo Championships” yarışında üç qızıl medal qazanıb:

🥇 U18 (-70 kq)

🥇 U21 (-78 kq)

🥇 Böyüklər (-78 kq)

Emiliyanın atası və məşqçisi Vasif Əliyev canazerbaijan.com-a bildirib ki, qızı 2014-cü ildən cüdo ilə məşğul olur. Bu illər ərzində o, Kanadada keçirilən çoxsaylı yerli, əyalət və milli turnirlərdə iştirak edərək mühüm nailiyyətlər əldə edib.

Gənc idmançının uğurları bununla da məhdudlaşmır. Emiliya ötən il Judo Canada tərəfindən Kanada milli komandasının heyətinə cəlb edilib və mindən çox idmançının qatıldığı seçmə yarışlarda uğur qazanaraq Dünya Çempionatına vəsiqə əldə edib.

Bundan əlavə, o, 2024-cü ildə Alberta əyalətində “İlin ən yaxşı gənc cüdoçusu” adına layiq görülüb.

Qeyd edək ki, Emiliyanın atası Vasif Əliyev Kanadada fəaliyyət göstərən Jisedai Judo  klubunun baş məşqçisidir və uzun illərdir gənc idmançıların yetişdirilməsi ilə məşğuldur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar