[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Kifayət qədər imza toplansa, 2026-cı ildə Albertanın ayrılması ilə bağlı referendum keçiriləcək”

Danielle Smith: “Mən Alberta ilə Kanadanın ayrılmasını dəstəkləmirəm”

Alberta əyalətinin baş naziri Danielle Smith deyir ki, Kanadadan ayrılmaq ideyası ictimaiyyətin diqqətini qazandığı bir vaxtda onun işi Ottavanın son on ildə Albertaya vurduğu ziyanı aradan qaldırmağa yönələcək.

Mayın 6-da keçirdiyi mətbuat konfransında Smith bir daha təkrarlayıb ki, əgər vətəndaşlar petisiya ilə kifayət qədər imza toplaya bilsələr, 2026-cı ildə əyalətin ayrılması ilə bağlı referendum keçiriləcək.

İnanıram ki, birgə Kanadada güclü və suveren Alberta üçün bir yol mövcuddur”

CBC-nin məlumatına görə, Smith referendumun mütləq baş tutacağını iddia etmədiyini, lakin səsvermə prosesinə hörmət edəcəyini bildirib. O deyib ki, hökumətinin Alberta ilə Kanadanın ayrılması məsələsini səsverməyə çıxarmaq kimi planı yoxdur, amma Ottavadan hörmət tələb etmək üçün addımlar atılır: “Mən Alberta ilə Kanadanın ayrılmasını dəstəkləmirəm. Şəxsən hələ də inanıram ki, birgə Kanadada güclü və suveren Alberta üçün bir yol mövcuddur. Yeni baş nazir ilə Alberta üçün ədalətli razılaşma əldə etmək üçün əlimdən gələni edəcəyəm”.

Əyalət qanunvericiliyi dəyişir

Keçən həftə, federal seçkilərdə Mark Karni rəhbərliyində Liberalların qələbəsindən bir gün sonra, Alberta hökuməti əyalət referendumu keçirilməsi üçün tələb olunan imza həddini azaltmaq üçün qanun layihəsi təqdim etdi.

Yeni təklif olunan qanuna görə:

Petisiya keçmiş ümumi seçkilərdə səsvermə hüququ olan seçicilərin 10 faizinin imzası ilə referendum başlada bilər. (Əvvəl bu rəqəm qeydiyyatdan keçmiş seçicilərin 20 faizi idi).

İmza toplamaq üçün müddət 90 gündən 120 günə qədər uzadılır.

Referendumun keçirilməsi üçün 177,000 imza toplamaq tələb olunur.

“Mən sadəcə deyirəm ki, prosesə hörmət edəcəyəm. Əgər vətəndaşlar əhəmiyyət verdikləri məsələləri gündəmə gətirmək istəyirlərsə, real imza həddi olmalıdır”, – deyə Smith bildirib.

Alberta “Next” paneli və səsvermə

Smith bildirib ki, “The Alberta Next” adlandırdığı yeni panel yaradacaq. Panel əhalidən təkliflər toplayacaq və açıq müzakirələr aparacaq. Gələn il bu təkliflərin bir qismi səsverməyə çıxarılacaq. Smith həmçinin Ottavaya qarşı yeni tələblər siyahısı açıqlayıb və bildirib ki, qarşıdakı aylarda bəzi qüvvələr əhali arasında qorxu və nifaq toxumu səpməyə çalışacaq, amma debat açıq və hörmət çərçivəsində aparılmalıdır.

“Bu müqavilə torpağıdır” – yerli xalqların etirazı

Mayın 6-sı Albertanın yerli qəbilə başçıları təcili görüşdən sonra mətbuat konfransı keçiriblər. Piikani Millətindən Troy Knovlton, Qara Ayaq Konfederasiyasının prezidenti olaraq bildirib ki, hökumətin Bill 54 vasitəsilə referendum prosesini asanlaşdırmaq niyyəti müqavilə hüquqlarına müdaxilədir və onlar bu məsələni məhkəməyə çıxarmağa hazırdırlar.

“Bu müqavilə torpağıdır. Ayrılma haqda danışmaq tamamilə dəli ideyadır, çünki belə bir yol mövcud deyil” – deyə Knovlton bildirib.

Mikisew Cree Millətinin başçısı Billy Joe Tuccaro isə daha sərt ifadələrlə çıxış edib: “Müqavilə sahiblərinin razılığı olmadan heç nə edə bilməzsiniz”.

O, qanun layihəsinin kağız nüsxəsini yerə ataraq əlavə edib: “Bill 54, bu kağız kimi tullantıdır”.

Foto: Jason Franson/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar