[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ötən il Kanada üzrə 32,680 uşaq itkin düşüb; aralarında insan alverinin qurbanları da var- Statistika

Hamısı qız uşaqları olmaqla 60 nəfər insan alverinin qurbanı olub

2024-cü ildə Kanada üzrə 32,680 uşaq itkin düşüb. Saskaçevan hər 100,000 nəfərə 440 müraciətlə ən yüksək göstəriciyə sahib olub. Manitoba hər 100,000 nəfərə 143 müraciətlə ikinci yerdədir. Prins Edvard İsland isə ən aşağı göstəriciyə malikdir; hər 100,000 nəfərə 2 müraciət. Ümumilikdə itkin düşən uşaqların sayına görə Ontario (7484 uşaq) birinci yerdərir.

İtkin düşmüş uşaqların 77%-i 14–17 yaş aralığındadır. Onların 72%-i “evdən qaçma” kimi qeydə alınıb ki, 57%-i qızlardır. İtkin düşmüş uşaqların 23%-i yerli (indideneus) əhali olub.

Sözügedən uşaqlarla bağlı müraciətlərin 55%-i Kanadanın Polis Məlumat Mərkəzindən (Canadian Police Information Centre) 24 saat ərzində, 90%-i isə bir həftə ərzində silinib.

60 uşaq (hamısı qız uşaqlarıdır) insan alverinin qurbanı olub ki, onlardan da 59 nəfəri Ontariodan yoxa çıxanlardır. 5277 nəfərin isə harada olduğu bilinmir.

Xəbər Kanada hökumətinin itkin düşmüş uşaqlarla bağlı statistikasına əsasən hazırlanıb.

Foto: The star

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar