[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada parlamentində ilk türk əsilli qadın millət vəkili: Sima Acan

Aprelin 28-də Kanadada keçirilən federal seçkilərdə türk əsilli kanadalı Sima Acan Oakville West dairəsindən parlament üzvü seçildi. Liberalları təmsil edən S.Acan, Kanada Parlamentinə seçilən ilk türk kökənli qadın olaraq ölkə siyasətində bir ilkə imza atdı.

Qeyd edək ki, S.Acan Elektronika mühəndisliyi ixtisası üzrə təhsil alıb və Oakvil şəhərində robot texnologiyaları şirkətinin sahibidir. Eyni zamanda Oakville Lions Klubunun ilk qadın prezidenti kimi də fəaliyyət göstərib. Ailəlidir, övladları var.

Cəmiyyətə xidmətə sadiqliyi və liderlik keyfiyyətləri ilə tanınan Acan seçki kampaniyasında iqtisadi inkişaf, əlçatan mənzil və ictimai təhlükəsizlik kimi mövzulara fokuslanıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp