[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Toronto və ətraf ərazilərdə isti hava xəbərdarlığı  

toronto hava

Evlərində kondisioneri olmayanlar hansı ictimai yerlərdə sərinləyə bilərlər?

Kanadanın Ətraf Mühit Nazirliyi bazar günündən etibarən GTA (Böyük Toronto Ərazisi) və Ontarionun cənubu üçün bir neçə gün davam edəcək istilik dalğası ilə bağlı xəbərdarlıq edib. Gündüz saatlarında temperatur 30 ilə 34 °C arasında olacaq və rütubətlə birlikdə bu, 42 °C kimi hiss olunacaq.

Nazirliyin məlumatına görə, ən isti hava şəraiti bazar ertəsi günü gözlənilir: “Mərkəzi Ontario ərazisində istilik dalğası bazar ertəsi gecəsi sona çata bilər. Lakin bəzi bölgələrdə bu hava şəraiti çərşənbə gününə qədər davam edə bilər”.

Toronto Şəhər Meriyası bildirir ki, sakinlər şəhər üzrə 500-dən çox sərin olan ictimai məkanlarda – kitabxanalarda, icma mərkəzlərində və aşağıdakı kondisionerli binalarda istidən sığınacaq tapa bilərlər:

  • North York Civic Centre – Həftə içi saat 07:30-dan, həftə sonu 08:00-dan 21:30-a qədər;
  • Scarborough Civic Centre – Həftə içi 08:00-dan, həftə sonu 10:00-dan 21:30-a qədər;
  • Etobicoke Civic Centre – Həftə içi 08:00-dan, həftə sonu 10:00-dan 21:30-a qədər;
  • York Civic Centre – Həftə içi 08:00-dan, həftə sonu 10:00-dan 21:30-a qədər;
  • East York Community Centre – Həftə içi 08:00-dan, həftə sonu 10:00-dan 21:30-a qədər (Qeyd: East York Civic Centre hazırda kondisionerlərin təmiri üçün bağlıdır);
  • Metro Hall (Rotunda) – 24/7 açıqdır.

İstilik xəbərdarlığı qüvvədə olduğu müddətcə aşağıdakı 8 şəhər hovuzu saat 23:45-ə qədər açıq olacaq:

  • Alex Duff Memorial Pool (Christie Pits Park)
  • Fairbank Memorial Swimming Pool
  • Halbert Park (saat 21:00-a qədər)
  • McGregor Park Community Centre
  • Monarch Park
  • North Toronto Memorial Community Centre
  • Smithfield Park
  • Sunnyside Gus Ryder Outdoor Pool

Bundan əlavə, şəhər üzrə 140-dan çox su şırnağı (splash pad) hər gün 09:00-dan 21:00-a qədər fəaliyyət göstərir və 85 uşaq hovuzundan 84-ü açıqdır.

10 nəzarətli çimərlik hər gün saat 10:30-dan 19:30-a qədər açıqdır. Su keyfiyyəti ilə bağlı məlumatları Toronto şəhərinin rəsmi saytından yoxlaya bilərsiniz.

Səhiyyə rəsmiləri xəbərdarlıq edirlər ki, bu cür isti və rütubətli hava şəraiti yaşlı insanlar, körpələr və kiçik uşaqlar, hamilə qadınlar, həm fiziki, həm də psixi sağlamlıq problemi olan şəxslər, eləcə də əlillər və hərəkət məhdudiyyəti olan insanlar üçün sağlamlıq riski yaradır.

Qeyd edək ki, bu, bu il Cənubi Ontario üçün verilən beşinci istilik xəbərdarlığıdır. İyunda temperatur rekordları qırmışdı.

Bazar ertəsindən etibarən meşə yanğınlarının tüstüsü də GTA bölgəsinə doğru hərəkət edə bilər və bu, isti və rütubətli hava ilə qarışa bilər

Foto: Ernest Doroszuk/”Toronto Sun”

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp