Kanada Statistika Komitəsinin yeni araşdırması ölkənin müxtəlif əyalətlərindəki sakinlərin alıcılıq qabiliyyətindəki fərqləri ortaya çıxarıb. Komitə açıqlamasında bildirir ki, yaşayış xərcləri fərqli olduğu halda, bir əyalət və ya ərazidə 75,000 $ qazanmaq digərində bu məbləği qazanmaqla eyni həyat səviyyəsini təmin etmir.
Tədqiqat göstərib ki, Britaniya Kolumbiyası, Ontario və Alberta yaşayışın ən bahalı olduğu əyalətlərdir, Prins Edvard Adası və Yeni Brunsvik isə ən ucuzlar sırasındadır. Kanadanın üç ərazisi arasında Nunavut ən bahalı ərazi kimi qeydə alınıb. Həm Nunavut, həm də Şimal-Qərb Əraziləri istənilən əyalətdən daha bahalıdır.
Ev təsərrüfatı gəlirləri
Yaşayış xərclərinin ölçülməsi ilə yanaşı, araşdırma, hər bir əyalət və ərazidə ev təsərrüfatlarının gəlirlərinə də baxıb ki, ailələrin və fərdlərin bu xərcləri necə qarşıladığını müəyyənləşdirsin. Kanada Statistika Komitəsi müəyyən edib ki, kanadalıların yaşadıqları bəzi bölgələrdə yüksək xərcləri qarşılamaq üçün kifayət qədər gəlirləri olduğu halda, digər bölgələrdə bu imkan yoxdur: “Alberta əyalətində qiymətlərin yüksək olmasına baxmayaraq, bu əyalət adam başına düşən ev təsərrüfatı gəliri üzrə ən yüksək dörd bölgədən biri olub. Yalnız Şimal-Qərb Əraziləri, Yukon və Nyufaundlend və Labrador Albertadan qabaqdadır. Bu isə göstərir ki, Alberta sakinlərinin yüksək gəlirləri oradakı yüksək qiymətləri kompensasiya edib”.
Kanadanın ən bahalı əyalətləri olan Ontario və Britaniya Kolumbiyası gəlirlərə yaşayış xərclərinin bir-biri ilə uzlaşmaması baxımından dördüncü və beşinci yerlərdən səkkizinci və doqquzuncu yerə düşüblər: “Manitoba və Nunavut sakinləri ən aşağı gəlirə malik olan əyalətlərdir”.
Qeyd edək ki, bu araşdırma Kanadada ilk dəfə 2021-ci ildə aparılıb və nəticələri indi açılqlanır.
Foto: Sean Kilpatrick / The Canadian Press
















