[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

ABŞ prezidenti Donald Tramp və dünyanın ən varlı adamı Elon Mask arasında qalmaqal  

Tərəflər sosial mediadakı hesabları üzərindən bir-biri ilə söz atışmasına çıxdı

ABŞ prezidenti Donald Tramp və dünyanın ən varlı adamı Elon Maskın ittifaqı SpaceX-in raketləri kimi başladı: güclü, sürətli və yüksək. Amma nəticəsi partlayışla sonlandı.

CanAzerbaijan CTV News-a istinadən bildirir ki, dünən baş verən qalmaqalda D.Tramp E.Maskı hökumətlə olan müqavilələrini ləğv etməklə hədələdi, E.Mask isə Tramp administrasiyasının “Jeffrey Epstein”ə dair bütün sənədləri açıqlamamasının səbəbinin, Trampın həmin sənədlərdə adının keçməsi ilə əlaqələndirdi.

Mask sosial mediada Trampın impiçment edilməsini tələb edən paylaşım etdi, prezidentin əsas iqtisadi tədbirlərindən biri olan tarifləri tənqid etdi və bu il ABŞ-da iqtisadi geriləmə olacağını proqnozlaşdırdı.

“Maska görə çox məyusam”

ABŞ prezidenti və dünyanın ən varlı adamı arasında yaşanan gərginlik sosial şəbəkələrdə izlənildi. D.Trampın Almaniyanın yeni lideri ilə görüşü zamanı E.Maskın xərcləmələrə dair qanun layihəsini tənqid etməsi barədə sual verildikdən sonra məsələ alovlandı.

Tramp bir neçə gün E.Maskın sosial şəbəkəsi X platformasında “Möhtəşəm Gözəl Qanun Layihəsi” adlandırdığı büdcə sənədini tənqid etməsinə səssiz qalsa da, dünən Oval Ofisdə “Maska görə çox məyusam”, – dedi.

Maskın dövlətlə müqavilələri ləğv ediləcək?

Mask isə dərhal sosial mediada cavab verdi. Tramp həmin gün Almaniya kansleri Fridrik Merz ilə Rusiya-Ukrayna müharibəsinə son qoymağı müzakirə etməli idi. Amma öz sosial şəbəkəsi Truth Sosialda çıxış edərək, E.Maskın Starlink və SpaceX şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə təhdid etdi: “Büdcəmizi qənaətlə saxlamağın ən asan yolu –  milyardlarla dollar – Elonun dövlət subsidiyalarını və müqavilələrini ləğv etməkdir”, – Tramp yazdı.

E.Mask isə X platformasında dərhal cavab verdi: “Bu daha da maraqlı olur. Buyur, günü gözəlləşdir”.

Bundan bir neçə saat sonra E.Mask elan etdi ki, SpaceX artıq NASA üçün istifadə etdiyi kosmik gəmiləri tədricən istifadədən çıxaracaq. E.Mask əlavə etdi ki, “Epstein sənədləri”ndə Trampın adı var. Sənədlərin hələ də ictimaiyyətə açıqlanmamasının səbəbi budur. Xoş günlər, DJT!”.

Bu gərginlik onların münasibətlərinin başlanğıcı kimi sürətli və emosional oldu və hər şey ictimaiyyətin gözləri önündə – sosial mediada alovlandı və nəticədə E.Maska maliyyə baxımından ciddi zərbə vurdu. D.Trampın tənqidlərindən sonra Teslanın səhmləri 14 faizdən çox aşağı düşdü və şirkətin bazar dəyərindən 150 milyard ABŞ dolları silindi. E.Maskın şəxsi sərvətində isə təxminən 20 milyard dollar itki baş verdi.

“Mənsiz Tramp seçkidə uduzardı”

E.Mask Tramp haqqında bu ifadələri işlədib: “Mənsiz Tramp seçkidə uduzardı”, “Bu necə nankorluqdur!”.

Qeyd edək ki, ötən il Tramp Pensilvaniyada səhnədəykən demək olar ki, öldürülmək üzrə olanda E.Mask ona dəstək verdiyini elan etmişdi. Daha sonra onun seçki kampaniyasına milyonlarla dollar xərcləmişdi.

Tramp seçildikdən sonra Mask onun ən yaxın müşavirlərindən biri oldu – andiçmədə arxasında dayandı, Air Force One ilə səyahət etdi, Ağ Evdə qaldı və kabinet iclaslarına MAGA papağı ilə qatıldı.

“Elon bir az “yorucu” oldu

E.Maskın tənqid etdiyi qanun layihəsi federal büdcə kəsirini artıracağı ilə bağlı narahatlıq doğurur. Mask onu “iyrənc və utancverici bir sənəd” adlandırıb.

Tramp sosial şəbəkə hesabından son olaraq belə yazıb: “Elon bir az “yorucu” oldu, mən də dedim ki, getsin”.

Mask isə cavabında bildirib: “Bu qanun layihəsini heç vaxt görməmişəm. Gecəyarısı keçirdilər, Konqres üzvlərinin çoxu onu oxumağa belə vaxt tapmadı!”.

Foto: PBS

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar