[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Alberta hökuməti sənaye üçün nəzərdə tutulan karbon vergisini dondurur

Alberta əyalətinin baş naziri Danielle Smith bildirib ki, onun hökuməti sənaye üçün nəzərdə tutulan karbon vergisini bir ton üçün 95 dollar olmaqla dondurur.

Smith bu gün jurnalistlərə deyib ki, bu addım sənayenin rəqabət qabiliyyətini qorumaq və iş yerlərini qorumaq baxımından vacibdir. Bu, Kanada ilə ABŞ arasında tarif mübahisəsinin davam etdiyi bir vaxtda həyata keçirilir: “Okeanın o tayında hökumət dəyişikliyi fonunda biz mütləq məqbul karbon qiymətləndirmə sistemi qurmalıyıq. Elə bir sistem yox ki, sənayemizi qlobal bazarlardan sıxışdırıb çıxarsın. Biz Kanada üçün bu qədər töhfə verən bizneslərə sabitlik və iqtisadi dəstək təqdim edirik. Həmçinin dünya enerji gələcəyini formalaşdıran enerji istehsalçılarını dəstəkləyirik”.

Karbon qiyməti 2026-cı ildə bir ton üçün 110 dollara, 2030-cu ilə qədər isə 170 dollara yüksəlməli idi.

Ətraf Mühit Naziri Rebeka Şulz bildirib ki, qiymətin 100 dolları keçməsi vilayəti “həddindən artıq rəqabətsiz” vəziyyətə salardı. O qeyd edib ki, müddətsiz olan bu dondurma qərarı, Albertanın emissiyaların azaldılması məqsədlərindən imtina etməsi demək deyil: “Biz enerji və resursların işlənməsi sahəsində liderik, eyni zamanda emissiyaların azaldılması sahəsində də. Sənayemizi cəzalandırmaq əvəzinə, biz onların böyüməsinə, inkişafına, istehsalı artırmasına və eyni zamanda qlobal emissiyaları azaltmasına imkan vermək istəyirik”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar