[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontonun mərkəzində Türkiyənin bayraqları altında rəqs

Bu gün Torontonun mərkəzində – Nathan Phillips Meydanında Kanada Türk Cəmiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Uşaqlar Günü Multikultural Rəqs və Art Festivalı keçirildi. Qeyd edək ki, hər il keçirilən ənənəvi festival Türkiyə Böyük Millət Məclisinin 105-ci ildönümü və Mustafa Kamal Atatürkün uşaqlara ərmağan etdiyi 23 Aprel Milli Suverenlik və Uşaqlar Gününə həsr olunub.

Festivala Yaponiya, Ukrayna, Makedoniya, Uyğur, Çin, Albaniya, Türkiyə, Koreya, Hindistan, Serbiya və digər icmaları təmsil edən Kanada məktəbliləri öz maraqlı rəqsləri ilə qatılıblar.

Azərbaycan icmasını Kanadadakı Azərbaycan Evinin “Mənim Azərbaycanım” Məktəbi və Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili sinfinin şagirdləri təmsil ediblər.

Festivalda Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş, Kanada parlamentinə seçilən ilk  türk əsilli deputat Sima Acan, Torontonun meri Olivia Chou da çıxış edilər.

Festivalda dünyanın müxtəlif ölkə və təşkilatlarını 60-dan çox mədəniyyət pavilyonu təmsil edib. Kanadadakı Azərbaycan icması, hər il olduğu kimi, bu il də Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili sinfinin hazırladığı Azərbaycan guşəsi ilə təmsil olunub.

Festivalda bütün yaş qrupları üçün olan ödənişsiz interaktiv oyunlar, şəkər pambığı, popcorn stansiyası, şardan fiqurların hazırlanması, klounların oyunları, uşaqlar üçün üz rənglənməsi, böyüklər və uşaqlar üçün ələ xınadan rəsmlərin çəkilməsi, attraksionlar və əyləncəli yarmarka fəaliyyətləri balacaların böyük marağına səbəb olub. Hər ilkindən fərqli olaraq, bu il Türkiyənin şiniyyat və ərzaq istehsalı ilə məşğul olan biznesləri də festivala qatılıblar.

 

 

 

 

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar