[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycan rəqsi və musiqisi Ontario parlamentində səsləndirildi (FOTOLARLA)

Dünən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibətilə ilk dəfə Kanadanın Ontario əyalətinin Parlamentində Azərbaycan İrs Günü keçirildi. Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara tədbirə qatıldıqları üçün təşəkkürünü bildirdi və təşkilatın yaranma tarixindən  danışdı. Bildirdi ki, Ontario əyalətində cənublu şimallı 100 mindən çox azərbaycanlı yaşayır: “Siz icmanızın bir parçası olmaq, onlarla bir yerdə olmaq, milli bayramlarınızı qeyd etmək istəyirsiniz, amma bunun üçün heç bir şey tapmırsınız və anlayırsınız ki, hərəkətə keçməyin zamanıdır. Bundan sonra qərar verdik ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzini qeydiyyatdan keçirək və Azərbaycan mədəniyyətini, incəsənətini yaşadaq. Biz elə bir ölkədə məskunlaşmışıq ki, kanadalı olsaq da, köklərimizə bağlılığımızı itirməmək üçün burada bizə hərtərəfli imkanlar yaradılıb. Biz də bunu dəyərləndiririk”.

L.Həsənova bu gün Azərbaycan icması olaraq bir yerə yığışmağımız üçün kiçik də olsa, Kanadada Azərbaycan Evinin olduğunu xatırlatdı: “Amma ümid edirik ki, gələcəkdə daha böyük ərazini əhatə edən Azərbaycan Evimiz olacaq”.

Ontario parlamentinin 10-a yaxın deputatı çıxış edərək “Vətən” cəmiyyətinə uğurlar dilədi. Daha sonra Kanadadakı “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” məktəbinin şagirdləri Azərbaycan milli rəqsləri və nağarada ifaları ilə qonaqları valeh etdi. Qeyd edək ki, milli rəqslərimizin quruluşçusu peşəkar rəqqas Orxan İslamovdur.

“Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının üzvü Şervin Şahadpurun tarda ifası və Günel İsmayılovanın pianoda müşayiəti ilə səsləndirdiyi “Vətən” mahnısı da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməkləri və çay süfrəsi arxasında  söhbətlərinə davam etdilər.

Fotoların müəllifi: İsmayıl Hüseynov

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar