[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Bu gün Kanada sakinlərinin televiziya, radio və mobil cihazlarına siqnal göndəriləcək  

Tornado, daşqın kimi fövqəladə hallara hazırlıq və uşaq oğurluğu ilə bağlı təcili xəbərdarlıq siqnalları yoxlanılacaq

Alberta və Kvebek istisna olmaqla, Kanadanın böyük hissəsində sakinlər bu gün televizor, radio və mobil cihazlarda xüsusi siqnal səsi eşidəcəklər.

Kanadanın Milli İctimai Xəbərdarlıq Sistemi (NPAS) çərşənbə günü ölkənin əksər hissəsində televiziya, radio və uyğun mobil cihazlar vasitəsilə sınaq siqnalları göndərəcək.

Bu sınaqlar səkkiz əyalət və üç ərazidə keçiriləcək. Alberta və Kvebekdə bu ay üçün sınaq planlaşdırılmayıb.

Alert Ready adlı sistem vətəndaşlara tornado, daşqın, yanğın kimi fövqəladə hallarla və Amber Alert (uşaq oğurluğu xəbərdarlığı) ilə bağlı təcili xəbərdarlıqlar çatdırır. Səs siqnalı fövqəladə xəbərdarlıq siqnalının imitasiyası olacaq və əhalidən heç bir reaksiya tələb olunmur.

Qeyd olunur ki, bəzi telefonların siqnalı almaması mümkündür. Bu, cihazın uyğunluğu, LTE və ya 5G şəbəkəsinə qoşulu olmaması, mobil siqnalın zəifliyi və ya proqram təminatı və cihaz ayarları ilə bağlı ola bilər. Uyğun mobil cihazların siyahısı buradan əldə oluna bilər.

NPAS federal, əyalət və ərazi hökumətləri arasında birgə təşəbbüsdür. Ancaq hansı əyalətin iştirak edəcəyinə dair qərar yerli hakimiyyətə aiddir.

May ayındakı bu sınaqlar Fövqəladə Hallara Hazırlıq Həftəsi çərçivəsində keçirilir. Kanadanın İctimai Təhlükəsizlik Nazirliyi (Public Safety Canada) vətəndaşlar üçün veb saytında hazırlıq bələdçisi dərc edib.

Mayın 7-si üçün sınaq siqnallarının əyalətlər üzrə yerli vaxtla cədvəli:

Britaniya Kolumbiyası – 1:55 p.m. (PT)

Manitoba – 1:55 p.m. (CT)

Nyu Brunsvik – 10:55 a.m. (AT)

Nyufaundlənd və Labrador – 10:45 a.m. (NT)

Northvest Territories – 9:55 a.m. (MT)

Nova Skotia – 1:55 p.m. (AT)

Nunavut – 2:00 p.m. (ET)

Ontario – 12:55 p.m. (ET)

Prins Edvard Adası – 12:55 p.m. (AT)

Saskatçevan – 1:55 p.m. (CT)

Yukon – 1:55 p.m. (YT)

Foto: Sean Kilpatrick/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar