[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Gənc kirayəçilərin yarısı gəlirlərinin yarıdan çoxunu kirayəyə xərcləyirlər

kanadada Kiraye

Yeni hesabat göstərir ki, 18–24 yaş arası kirayəçilərin 49%-i və ümumilikdə kirayəçilərin 34%-i vergidən sonrakı gəlirlərinin yarısından çoxunu kirayəyə xərcləyir. Rentals.ca tərəfindən 2025-ci ildə keçirilən sorğu göstərir ki, respondentlərin 57%-i yüksək kirayə səbəbindən şəhər dəyişməyi düşünür, gəlirlərinin böyük hissəsini mənzilə sərf edənlərin isə təxminən yarısı altı ay və ya daha çox müddətdir yeni ev axtarır.⁠

Sorğu göstərir ki, Kanadada gənclərin demək olar ki, yarısı gəlirlərinin yarısından çoxunu kirayəyə xərcləyir. Onilliklərdir maliyyə məsləhətçiləri mənzil xərclərini ailə gəlirinin təxminən üçdə biri səviyyəsində saxlamağı tövsiyə edirdilər. Lakin yeni sorğu göstərir ki, bu qaydaya əməl etmək bir çox kanadalı üçün demək olar, mümkünsüzdür. Belə ki, 18–24 yaşlı kirayəçilərin 49%-i bildirir ki, vergidən sonrakı gəlirlərinin yarısından çoxunu kirayəyə xərcləyirlər. Bütün yaş qrupları üzrə kirayəçilərin 34%-i də eyni vəziyyətdədir. Ümumilikdə kirayəçilərin 57%-i yüksək kirayə qiymətlərindən qaçmaq üçün başqa şəhərə köçməyi düşünür.

Rentals.ca-nın nümayəndəsi Cakomo Ladas bildirib ki, son illərdə kirayə qiymətləri sürətlə artıb, lakin maaşlar eyni templə yüksəlməyib: “2025-ci ildə bəzi bölgələrdə kirayələrdə azalma olsa da, qiymətlər hələ də münasib deyil. Əvvəllər münasib hesab edilən Edmonton şəhərində son üç ildə orta kirayə qiymətləri 27% artıb”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar