[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Həmyerlilərimiz Ontario üzrə şahmat birincisi oldular

İki həmyerlimiz – Ümid Allahverdi və Nihad Məmmədov Ontario əyalətində yaş qrupları üzrə keçirilən şahmat çempionatında (Ontario Youth Chess Championship 2025) birinci yeri qazanıblar. Nihad Məmmədov 12 yaş, Ümid Allahverdi isə 14 yaş qrupları arasında yarışa qatılıb. Ontario çempionatlığı uğrunda ümumilikdə 206 nəfər yarışıb.

Birinci yeri qazanan həmvətənlərimizin hər birinə Kanada çempionatlığına hazırlıq üçün dərs almalarına 500 dollarlıq kupon verilib.

Qeyd edək ki, həm Ümid, həm də Nihad Kanada üzrə keçirilən yarışa qatılmaq üçün vəsiqə qazanıblar.

Şahmat üzrə Kanada çempionatı iyulun 8-11-də Britaniya Kolumbiyasının Surrey şəhərində keçiriləcək.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar